12px13px15px17px
Tarix:15/04/13

Fərdi kompüter istifadəçiləri “Twitter”dən az istifadə edirlər

ABŞ və Avropada "Twitter" istifadəçiləri sosial şəbəkələrdə ünsiyyət qurmaq üçün fərdi kompüterlərin əvəzinə daha çox mobil qurğulardan istifadə edirlər.

"Strategy Analytics" şirkətinin 2012-ci ilin sonuna olan hesabatına əsasən, "Twitter" mikrobloqlar xidmətində ünsiyyət qurmaq üçün fərdi kompüterdən istifadə edən istifadəçilərin sayı 77-dən 64%-dək azalıb. "Twitter"də ünsiyyət üçün mobil telefonlardan istifadə edən istifadəçilərin sayı isə 53-dən 64%-dək artıb. Xidmətə planşetdən daxil olanların sayı isə 9-dan 18%-dək artıb.

"ICTnews.az" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, araşdırma ABŞ və Avropanın 6500 vətəndaşı arasında aparılıb. Başqa sözlə, ötən il "Twitter"də ünsiyyət qurmaq üçün fərdi kompüterlərlə müqayisədə daha çox mobil qurğulardan istifadə edirlər.

Emil Hüseynov



Baxış sayı: 730

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024