Tarix:03/08/11
Elektron rəqəmsal imzanın sertifikatlaşdırma xidmətləri mərkəzi nazirliyin Milli Hesablama Mərkəzində yerləşəcək. Bununla əlaqədar hazırda müvafiq iş aparılır. Bundan başqa, nazirlik tərəfindən Ehtiyat sertifikatlaşdırma xidmətləri mərkəzinin yaradılması imkanı nəzərdən keçirilir. Ümumilikdə rəqəmsal imzaların verilməsi üzrə üç mərkəz fəaliyyət göstərəcək ki, onlardan ikisi dövlət və özəl strukturların xidmətlərini yerinə yetirəcək, biri isə baş mərkəz olacaq.
Elektron imza xüsusi proqram təminatlı əsas sənədin yaranması hesabına əldə olunan rəmzlərin müəyyən ardıcıllığını özündə ehtiva edir. Göndərilmə zamanı əsas sənədə rəqəmli imza əlavə olunur ki, bunun da nəticəsində müəlliflik və sənəddəki məlumatın dəyişməzliyi öz təsdiqini tapır. Əsas sənədə istənilən dəyişiklik etməklə elektron imza öz qüvvəsini itirir.
Rəqəmli imzanın əldə olunması təşkilatın internet şəbəkəsi vasitəsilə mübadilə etdiyi sənədin müəllifliyi və məzmunu ilə bağlı əmin olmağa imkan verir. Elektron imzanı saxtalaşdırmaq mümkün deyil. Rəqəmli imza ilə imzalanmış sənəd əllə imzalanmış sənədə bərabər tutulur.
Rəqəmsal imzanın müxtəlif əməliyyat sistemlərində istifadə imkanı nəzərdən keçirilir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müxtəlif əməliyyat sistemlərində və mobil qurğularda elektron imzadan istifadə üzrə təkliflər hazırlayır. Hazırda elektron rəqəmsal imzanın infrastrukturunun yaradılması üzrə işlər tam başa çatıb və sistem təcrübi istismara hazırdır.Elektron rəqəmsal imzanın sertifikatlaşdırma xidmətləri mərkəzi nazirliyin Milli Hesablama Mərkəzində yerləşəcək. Bununla əlaqədar hazırda müvafiq iş aparılır. Bundan başqa, nazirlik tərəfindən Ehtiyat sertifikatlaşdırma xidmətləri mərkəzinin yaradılması imkanı nəzərdən keçirilir. Ümumilikdə rəqəmsal imzaların verilməsi üzrə üç mərkəz fəaliyyət göstərəcək ki, onlardan ikisi dövlət və özəl strukturların xidmətlərini yerinə yetirəcək, biri isə baş mərkəz olacaq.
Elektron imza xüsusi proqram təminatlı əsas sənədin yaranması hesabına əldə olunan rəmzlərin müəyyən ardıcıllığını özündə ehtiva edir. Göndərilmə zamanı əsas sənədə rəqəmli imza əlavə olunur ki, bunun da nəticəsində müəlliflik və sənəddəki məlumatın dəyişməzliyi öz təsdiqini tapır. Əsas sənədə istənilən dəyişiklik etməklə elektron imza öz qüvvəsini itirir.
Rəqəmli imzanın əldə olunması təşkilatın internet şəbəkəsi vasitəsilə mübadilə etdiyi sənədin müəllifliyi və məzmunu ilə bağlı əmin olmağa imkan verir. Elektron imzanı saxtalaşdırmaq mümkün deyil. Rəqəmli imza ilə imzalanmış sənəd əllə imzalanmış sənədə bərabər tutulur.
Baxış sayı: 1139
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı