12px13px15px17px
Tarix:15/04/13

Azərbaycanda daxil olan trafikin orta sürəti artıb

“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürəti barəsində növbəti reytinq tərtib edib.

Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 4.02 Mbit/s-i ötüb. Xatırladaq ki, ötən ay bu göstərici 3,74Mbit/saniyə olub. Bakı üzrə bu göstərici 4.31 Mbit/s, Sumqayıt üzrə isə 2,60 Mbit/s təşkil edir. Nəticələr şirkətin 2013-cü il martın 15-dək aprelin 13-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib.

Testlərin aparılması üçün 337548 unikal İP ünvanı seçilib. Azərbaycan daxil olan trafik reytinqi üzrə 120-ci yerdə qərarlaşıb. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honqkonq (44.04 Mbit/s), Sinqapur (40.23 Mbit/s) və Litva (37.95 Mbit/s) qərarlaşıb.

Azərbaycanda xaric olan trafikin orta sürəti 1.68 Mbit/saniyə təşkil edir.

Xaric olan trafik üzrə reytinqdə Azərbaycan 111-ci yerdə qərarlaşıb. Bakı üzrə bu göstərici 1,85 Mbit/s, Sumqayıt üzrə isə 0,55 Mbit/s təşkil edir. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Andorra (32.24 Mbit/s), Litva (30.48 Mbit/s) və Cənubi Koreya (29.67 Mbit/s) yer alıb.

Emil Hüseynov



Baxış sayı: 743

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024