Tarix:15/04/13
Xeyriyyə aksiyasının keçirilməsində məqsəd irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə, o cümlədən talassemiyalı xəstələrə yardım etməkdən ibarətdir. Yığılan qan ehtiyatı yoxlanılaraq, irsi qan xəstəliyindən əziyyət çəkənlər üçün istifadə ediləcək.
"Aztelekom" İstehsalat Birliyində çalışan gənc rabitəçilər - Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Tbilisi prospekti, 3166-cı məhəllə ("Aztelekom") ilk təşkilatının gənc üzvlərinin təşəbbüsü ilə təşkil olunan və Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının mobil işçi qrupu tərəfindən həyata keçirilən aksiyada İB-nin 70-ə yaxın işçisi könüllü donor olaraq qan verib.
Qanvermə aksiyasında iştirak edən "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov qeyd edib ki, idarənin əməkdaşları arasında belə xeyriyyə aksiyası artıq ənənə halını almaqdadır:
"Çox sevindirici haldır ki, əməkdaşlarımız qanvermə aksiyasına böyük həvəslə qoşulub, talassemiyalı uşaqların normal yaşamasını təmin etmək üçün dəstəklərini əsirgəməyiblər. Bu təşəbbüsün davamlı olması sözsüz ki, respublikamızda mövcud olan belə bir problemin qarşısının alınmasına müsbət təsirini göstərə bilər".
Direktorun sözlərinə görə, İB-nin gənc əməkdaşlarının sosial şəbəkələrdə mövzu üzrə apardıqları təbliğat nəticəsində aksiyaya qoşulmaq üçün kənar şəxslər tərəfindən edilmiş müraciətlər də dəyərləndirilib, həmin şəxslərin qan vermələri üçün də bütün şərait yaradılıb.
Qeyd edək ki, talassemiya hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığı olaraq, xəstə valideynlərdən uşaqlara gen vasitəsilə ötürülən ağır irsi qan xəstəliyidir. İndiyə qədər görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunub. Amma bu tədbirlərin görülməsinə baxmayaraq, həmin xəstəliklə qeydiyyata düşən şəxslərin sayı ilbəil artır. Ona görə də talassemiyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə ehtiyac var.
Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda bu xəstəliyin müalicəsinin aparıldığı Respublika Talassemiya Mərkəzində mərkəzləşdirilmiş kompüter şəbəkəsi infrastrukturu qurulub.
Eyni zamanda 26 fərdi kompüter bir domen altında şəbəkəyə qoşulub. Talassemiyalı xəstələrlə bağlı məlumatlar, eyni zamanda dövri olaraq qanköçürmə və müayinəyə gələn xəstələrin müayinə nəticələri, qanköçürmə və s. kimi tibbi informasiyalar gündəlik olaraq bazaya daxil edilir.
HƏQİQƏT
“Aztelekom” İstehsalat Birliyində növbəti qanvermə aksiyası keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində (İB) növbəti qanvermə aksiyası keçirilib. Aprelin 15-də təşkil edilən budəfəki aksiya ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə "Qan ver ki, başqası da yaşasın!" devizi altında baş tutub.Xeyriyyə aksiyasının keçirilməsində məqsəd irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə, o cümlədən talassemiyalı xəstələrə yardım etməkdən ibarətdir. Yığılan qan ehtiyatı yoxlanılaraq, irsi qan xəstəliyindən əziyyət çəkənlər üçün istifadə ediləcək.
"Aztelekom" İstehsalat Birliyində çalışan gənc rabitəçilər - Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Tbilisi prospekti, 3166-cı məhəllə ("Aztelekom") ilk təşkilatının gənc üzvlərinin təşəbbüsü ilə təşkil olunan və Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının mobil işçi qrupu tərəfindən həyata keçirilən aksiyada İB-nin 70-ə yaxın işçisi könüllü donor olaraq qan verib.
Qanvermə aksiyasında iştirak edən "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov qeyd edib ki, idarənin əməkdaşları arasında belə xeyriyyə aksiyası artıq ənənə halını almaqdadır:
"Çox sevindirici haldır ki, əməkdaşlarımız qanvermə aksiyasına böyük həvəslə qoşulub, talassemiyalı uşaqların normal yaşamasını təmin etmək üçün dəstəklərini əsirgəməyiblər. Bu təşəbbüsün davamlı olması sözsüz ki, respublikamızda mövcud olan belə bir problemin qarşısının alınmasına müsbət təsirini göstərə bilər".
Direktorun sözlərinə görə, İB-nin gənc əməkdaşlarının sosial şəbəkələrdə mövzu üzrə apardıqları təbliğat nəticəsində aksiyaya qoşulmaq üçün kənar şəxslər tərəfindən edilmiş müraciətlər də dəyərləndirilib, həmin şəxslərin qan vermələri üçün də bütün şərait yaradılıb.
Qeyd edək ki, talassemiya hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığı olaraq, xəstə valideynlərdən uşaqlara gen vasitəsilə ötürülən ağır irsi qan xəstəliyidir. İndiyə qədər görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunub. Amma bu tədbirlərin görülməsinə baxmayaraq, həmin xəstəliklə qeydiyyata düşən şəxslərin sayı ilbəil artır. Ona görə də talassemiyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə ehtiyac var.
Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda bu xəstəliyin müalicəsinin aparıldığı Respublika Talassemiya Mərkəzində mərkəzləşdirilmiş kompüter şəbəkəsi infrastrukturu qurulub.
Eyni zamanda 26 fərdi kompüter bir domen altında şəbəkəyə qoşulub. Talassemiyalı xəstələrlə bağlı məlumatlar, eyni zamanda dövri olaraq qanköçürmə və müayinəyə gələn xəstələrin müayinə nəticələri, qanköçürmə və s. kimi tibbi informasiyalar gündəlik olaraq bazaya daxil edilir.
HƏQİQƏT
Baxış sayı: 1481
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı