12px13px15px17px
Tarix:15/04/13

Bakıda qeyri-adi formatda təşkil edilmiş “MobileMondayBaku” tədbiri keçiriləcək

Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti Xəzər İnvestisiya Mərkəzi ilə birgə aprelin 29-da Bakıda növbəti "MobileMondayBaku" tədbirini keçirəcəklər.

"Bakcell" şirkətinin korporativ əlaqələr üzrə şöbəsinin mətbuat ilə iş üzrə baş mütəxəssisi Süheylə Cəfərovanın "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, tədbir Bakıda 29-30 aprel tarixində, Ümumdünya mobil gənclər forumu çərçivəsində keçiriləcək.

Tədbir yeni qeyri-adi, "sual-cavab" sessiyası formatında keçiriləcək. Bu format, tədbir iştirakçılarına Böyük Britaniyadan, Finlandiyadan, Rumıniyadan, Moldovadan, Hindistandan və digər ölkələrdən olan ekspert-qonaqlara sual vermək imkanı təqdim edəcək.

Tədbir çərçivəsində, ötən ilin oktyabr ayında "Bakcell" tərəfindən elan edilmiş, mobil tətbiqinin hazırlanması ilə bağlı müsabiqənin nəticələri açıqlanacaq.

Müsabiqə turizm, informasiya, servis, oyun bloklarını əhatə edib. S. Cəfərovanın sözlərinə əsasən, müsabiqənin qalibinə "Bakcell" şirkəti 5 min manat məbləğində pul çeki təqdim edəcək.

Aynur Vəliyeva



Baxış sayı: 910

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024