Tarix:15/04/13
"ICTnews" elektron xəbər xidmətinin ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, konfransın plenar iclasını açan rektor Elmar Qasımov konfransın ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmasının dahi rəhbərin şəxsiyyətinə böyük hörmət və ehtiramın təzahürü olduğunu qeyd edib. O, BANM tələbələrinin elmi işlərə həvəs göstərməsini həm onların yüksək biliklərə malik olması, həm də məktəbdə elmi fəaliyyətin dəstəklənməsi ilə əlaqələndirib, tələbələrin həm də digər ali məktəblərdə keçirilən elmi forumlara məruzələr təqdim etdiklərini vurğulayıb.
Tədbirdə iştirak edən ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev və AMEA-nın Neft-kimya prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov tələbələrin kompüter və informasiya-kommunikasiya texnologiyalarını ilk təhsil illərində dərindən mənimsəmələrinin təqdirəlayiq olduğunu qeyd ediblər. Daha sonra konfransın Təşkilat Komitəsi tərəfindən seçilmiş 20 məruzə (10-u Azərbaycan, 10-u ingilis dilində) dinlənilib.
Məruzələr kompüter və informasiya-kommunikasiya texnologiyalarının mühəndislik işində istifadəsi, o cümlədən ən müasir proqram təminatlarının neft ehtiyatlarının qiymətləndirilməsində, seysmik məlumatların emalında və interpretasiyasında, neftçıxarmada geofiziki problemlərin həllində, neft boru kəmərlərində istismar parametrlərinin ölçülməsində, boru kəməri sistemlərinin simulyasiyasında və analizində, qərar qəbuletmənin avtomatlaşdırılmasında, kimyəvi maddələrin quruluşunun öyrənilməsində, kimyəvi proseslərin və reaksiyaların simulyasiyasında, kimyəvi qurğuların layihələndirilməsində, dinamik sistemlərin modelləşdirilməsində tətbiqi məsələlərinə həsr olunub. Bütün məruzələr konfrans iştirakçılarına multimedia vasitələri ilə təqdim olunub.
Qeyd edək ki, münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilən məruzələrin müəllifləri Təşkilat Komitəsi tərəfindən konfransın yekun iclasında mükafatlandırılacaqlar.
CAHANGİR
İKT-nin neft-qaz və kimya mühəndisliyində tətbiqinə dair konfrans keçirilib
Bakı Ali Neft Məktəbində tələbələrin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş "İnformasiya-kommunikasiya texnologiyalarının neft-qaz və kimya mühəndisliyində tətbiqi" mövzusunda elmi-texniki konfransı keçirilib."ICTnews" elektron xəbər xidmətinin ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, konfransın plenar iclasını açan rektor Elmar Qasımov konfransın ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmasının dahi rəhbərin şəxsiyyətinə böyük hörmət və ehtiramın təzahürü olduğunu qeyd edib. O, BANM tələbələrinin elmi işlərə həvəs göstərməsini həm onların yüksək biliklərə malik olması, həm də məktəbdə elmi fəaliyyətin dəstəklənməsi ilə əlaqələndirib, tələbələrin həm də digər ali məktəblərdə keçirilən elmi forumlara məruzələr təqdim etdiklərini vurğulayıb.
Tədbirdə iştirak edən ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev və AMEA-nın Neft-kimya prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov tələbələrin kompüter və informasiya-kommunikasiya texnologiyalarını ilk təhsil illərində dərindən mənimsəmələrinin təqdirəlayiq olduğunu qeyd ediblər. Daha sonra konfransın Təşkilat Komitəsi tərəfindən seçilmiş 20 məruzə (10-u Azərbaycan, 10-u ingilis dilində) dinlənilib.
Məruzələr kompüter və informasiya-kommunikasiya texnologiyalarının mühəndislik işində istifadəsi, o cümlədən ən müasir proqram təminatlarının neft ehtiyatlarının qiymətləndirilməsində, seysmik məlumatların emalında və interpretasiyasında, neftçıxarmada geofiziki problemlərin həllində, neft boru kəmərlərində istismar parametrlərinin ölçülməsində, boru kəməri sistemlərinin simulyasiyasında və analizində, qərar qəbuletmənin avtomatlaşdırılmasında, kimyəvi maddələrin quruluşunun öyrənilməsində, kimyəvi proseslərin və reaksiyaların simulyasiyasında, kimyəvi qurğuların layihələndirilməsində, dinamik sistemlərin modelləşdirilməsində tətbiqi məsələlərinə həsr olunub. Bütün məruzələr konfrans iştirakçılarına multimedia vasitələri ilə təqdim olunub.
Qeyd edək ki, münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilən məruzələrin müəllifləri Təşkilat Komitəsi tərəfindən konfransın yekun iclasında mükafatlandırılacaqlar.
CAHANGİR
Baxış sayı: 962
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır