Tarix:16/04/13
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, yeni "Nuro" servisi hazırda Tokioda və yaxın altı prefekturada təqdim edilir və əsasən şirkətin xidmətləri ev istifadəçilərinə, kiçik biznesə və restoranlara yönəldilib. "Nuro"dan istifadə yerli istifadəçilərə ayda 4980 yenə, (51 dollara) başa gələcək, bir şərtlə ki, onlar 2 illik müqavilə imzalayacaqlar.
Şirkət eyni zamanda 2Gbit/s sürətlə yükləmə imkanına zəmanət verir, lakin məlumatların göndərilməsi sürəti 1Gbit/s sürəti aşmayacaq. Şirkət müqavilə ilə birgə istifadəçilərə, bu cür sürətli internetlə işləmək imkanı verən, xüsusi optik qəbuledici təqdim edir. Xüsusiləşdirilmiş optik qovşaq birbaşa fiber-optik kabelə qoşulur və siqnalları optiklərdə elektronlara çevirir, onları marşrutizatora və ya birbaşa kompüterə ötürür.
Provayderin müştəriyə 2 Gbit/s sürətlə internet zolağı vəd etməsinə baxmayaraq, demək olar, heç bir internet qovşağı bu sürətlə məlumatları ötürmür, hətta istifadəçi səviyyəli müasir routerlər belə 1 Gbit/s-dən artıq sürəti dəstəkləmirlər. "So-net"in verdiyi məlumata əsasən, yüksəksürətli şəbəkənin istifadəyə verilməsi yerli hakimiyyətin dəstəyi sayəsində mümkün olub, onlar şəhər rayonlarında və bəzi evlərdə fiber-optik rabitə xəttinin çəkilişinin maliyyələşməsinin bir hissəsini öz boyunlarına götürüblər.
Öncə rəsmi Tokio FTTH (Fibre to the Home) konsepsiyasını şəhər miqyasında dəstəkləyirdi. "So-net"in internetə çıxış sistemi azalan kanalla 2,488 Gbit/s sürəti dəstəkləyən "GPON" və ya "Gigabit-capable Passive Optics Networks" texnologiyaları əsasında yaradılır. Aynur Vəliyeva
Bu ölkənin əhalisinə evdə oturaraq “ən sürətli” internetdən istifadə etmək təklif edilir
"Sony" şirkəti tərəfindən dəstəklənən yaponiyalı internet provayder "So-net Entertainment" öz ölkəsindən 2Gbit/s sürətlə evdən internetə çıxış imkanını təqdim edib."ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, yeni "Nuro" servisi hazırda Tokioda və yaxın altı prefekturada təqdim edilir və əsasən şirkətin xidmətləri ev istifadəçilərinə, kiçik biznesə və restoranlara yönəldilib. "Nuro"dan istifadə yerli istifadəçilərə ayda 4980 yenə, (51 dollara) başa gələcək, bir şərtlə ki, onlar 2 illik müqavilə imzalayacaqlar.
Şirkət eyni zamanda 2Gbit/s sürətlə yükləmə imkanına zəmanət verir, lakin məlumatların göndərilməsi sürəti 1Gbit/s sürəti aşmayacaq. Şirkət müqavilə ilə birgə istifadəçilərə, bu cür sürətli internetlə işləmək imkanı verən, xüsusi optik qəbuledici təqdim edir. Xüsusiləşdirilmiş optik qovşaq birbaşa fiber-optik kabelə qoşulur və siqnalları optiklərdə elektronlara çevirir, onları marşrutizatora və ya birbaşa kompüterə ötürür.
Provayderin müştəriyə 2 Gbit/s sürətlə internet zolağı vəd etməsinə baxmayaraq, demək olar, heç bir internet qovşağı bu sürətlə məlumatları ötürmür, hətta istifadəçi səviyyəli müasir routerlər belə 1 Gbit/s-dən artıq sürəti dəstəkləmirlər. "So-net"in verdiyi məlumata əsasən, yüksəksürətli şəbəkənin istifadəyə verilməsi yerli hakimiyyətin dəstəyi sayəsində mümkün olub, onlar şəhər rayonlarında və bəzi evlərdə fiber-optik rabitə xəttinin çəkilişinin maliyyələşməsinin bir hissəsini öz boyunlarına götürüblər.
Öncə rəsmi Tokio FTTH (Fibre to the Home) konsepsiyasını şəhər miqyasında dəstəkləyirdi. "So-net"in internetə çıxış sistemi azalan kanalla 2,488 Gbit/s sürəti dəstəkləyən "GPON" və ya "Gigabit-capable Passive Optics Networks" texnologiyaları əsasında yaradılır. Aynur Vəliyeva
Baxış sayı: 1072
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib