Tarix:16/04/13
"ICTnews.az" elektron xəbər xidməti "hitech.newsru.ru" saytına istinadən bildirir ki, ekspertlərin fikrincə, bu cür vasitələr bankomat istifadəçilərini fırıldaqçıların hərəkətlərindən (məsələn, plastik kartlardakı informasiyanın ələ keçirilməsi üçün bankomatlara cihazların quraşdırılması) müdafiə etmir.
Hazırda bankomatları fırıldaqçıların hərəkətlərindən müdafiə etmək üçün iki kateqoriya videomüşahidə vasitələrindən istifadə edilir: xarici və daxili. Birinci kateqoriya bankomatın yaxınlığında quraşdırılır, ikinci isə bankomatın özünə quraşdırılır. Müasir bankomatlarda, bir qayda olaraq, 3-4 kamera quraşdırılır.
Bundan başqa, bankomatların quraşdırıldığı yerlər, həmçinin əksər hallarda bir neçə rakursdan çəkilir. "Təəssüf ki, bu tədbir belə skimmerlərin quraşdırılmasından heç cür müdafiə etmir" – bu barədə jurnalistlərə "Group-IB" şirkətinin kompüter kriminalistikası laboratoriyası rəhbərinin müavini Sergey Nikitin izah edib. Kameraların kiçildilməsi isə onları yeni yerlərə quraşdırmaq imkanı yaradacaq.
Emil Hüseynov
Videokameralar bankomatları fırıldaqçıların əlindən müdafiə etmir
Videomüşahidə vasitələrinin gücləndirilməsi bankomat istifadəçilərini fırıldaqçıların əlindən xilas etməyəcək. Bankomat və ödəmə terminalları üçün hazırlanmış yeni miniatür videoregistratorun təqdimatı zamanı sahə ekspertləri bu fikirləri bölüşüblər."ICTnews.az" elektron xəbər xidməti "hitech.newsru.ru" saytına istinadən bildirir ki, ekspertlərin fikrincə, bu cür vasitələr bankomat istifadəçilərini fırıldaqçıların hərəkətlərindən (məsələn, plastik kartlardakı informasiyanın ələ keçirilməsi üçün bankomatlara cihazların quraşdırılması) müdafiə etmir.
Hazırda bankomatları fırıldaqçıların hərəkətlərindən müdafiə etmək üçün iki kateqoriya videomüşahidə vasitələrindən istifadə edilir: xarici və daxili. Birinci kateqoriya bankomatın yaxınlığında quraşdırılır, ikinci isə bankomatın özünə quraşdırılır. Müasir bankomatlarda, bir qayda olaraq, 3-4 kamera quraşdırılır.
Bundan başqa, bankomatların quraşdırıldığı yerlər, həmçinin əksər hallarda bir neçə rakursdan çəkilir. "Təəssüf ki, bu tədbir belə skimmerlərin quraşdırılmasından heç cür müdafiə etmir" – bu barədə jurnalistlərə "Group-IB" şirkətinin kompüter kriminalistikası laboratoriyası rəhbərinin müavini Sergey Nikitin izah edib. Kameraların kiçildilməsi isə onları yeni yerlərə quraşdırmaq imkanı yaradacaq.
Emil Hüseynov
Baxış sayı: 717
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır