12px13px15px17px
Tarix:17/04/13

Mobil nömrələrin daşınması üçün son hazırlıq işləri gedir

Azərbaycanda mobil operatorlar arasında nömrələrin daşınması üçün son hazırlıq işləri gedir.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə verdiyi açıqlamasında söyləyib.

Nazir müavini bildirib ki, operatorların hazırlığından asılı olaraq mobil nömrələrin daşınması prosesinə keçid başlayacaq:

«Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar da nömrələrin daşınması üçün lazım olan prosedurları, demək olar ki, başa vurublar. Artıq son tamamlama işləri həyata keçirilir. Hesab edirəm ki, yaxın zamanlarda bu prosesə start veriləcək. Onda hər bir mobil telefon istifadəçisi öz nömrəsini bir operatordan digərinə daşıya biləcək. Bu sistem birbaşa olaraq abonentlərə öz seçimlərini etməsi üçün daha əlverişli şərait yaradacaq».

SEYMUR



Baxış sayı: 1075

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024