12px13px15px17px
Tarix:17/04/13

“Intel” geriləyir

“Intel” korporasiyası 2013 maliyyə ilinin birinci rübü üzrə hesabat verib. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, hesabat rübündə ən böyük prosessor tədarükçüsünün mədaxil həcmi 12,58 milyard dollar təşkil edib.

Müştəri platformaları seqmentindən əldə edilən gəlirin həcmi 6% azalaraq 8 milyard dollar olub; verilənlərin emalı mərkəzləri üçün avadanlıqlardan 2,6 milyard dollar əldə olunub.

“Intel”in rüblük xalis mənfəəti 25% azalaraq 2.05 milyard dollar olub. Sözügedən şirkətin maliyyə göstəricilərinin aşağı düşməsinin səbəbi qlobal fərdi kompüter bazarında son 20 il ərzində qeydə alınmış enişdir.

2013-cü ilin birinci rübündə təxminən 76.3 milyon fərdi kompüter satılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.9% azdır.

Emil Hüseynov



Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024