12px13px15px17px
Tarix:17/04/13

Avropalı nazirlərə Azərbaycanın innovasiya texnologiyaları sahəsində təcrübəsindən danışılıb

Moskvada Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin X yubiley konfransında Azərbaycanın innovasiya texnologiyalarının tətbiqi sahəsində təcrübəsindən danışılıb.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, konfransda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Konfrans çərçivəsində “Hökumətlərin rolu: yeni vəzifələr və imkanlar” mövzusunda keçirilən sessiyada Ə.Qarayev ölkəmizin innovasiya texnologiyalarının tətbiqi ilə bağlı apardığı işləri əks etdirən məruzə ilə çıxış edib. Konfransda əsasən mədəniyyətin müasirləşdirilməsi, müasir informasiya texnologiyalarından geniş istifadə olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu mövzunun Azərbaycan üçün xüsusilə əhəmiyyətli olduğunu vurğulayan nazirlikdən qeyd edilib ki, respublika prezidentinin müvafiq sərəncamı ilə bu il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması baxımından, konfransda müzakirə olunacaq məsələlər və əldə ediləcək nəticələr ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.

Konfransda, eyni zamanda mayın 29-da Bakıda işə başlayacaq II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verilib.

HƏQİQƏT



Baxış sayı: 927

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024