12px13px15px17px
Tarix:18/04/13

Regionlarda genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı artıb

Regionlarda genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2013-cü ilin əvvəli ilə müqayisədə 22 min istifadəçi və ya 19% artaraq 136 mini keçib.

Bu barədə "Aztelekom" İB-dən verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, hazırda hər 100 ailədən 11,8-i, hər 100 abunəçidən 20,2-si genişzolaqlı xidmətlərin istifadəçisidir. Hər 100 abunəçiyə düşən genişzolaqlı xidmət istifadəçilərinin sayına görə Sumqayıt (36,9%) və Gəncədə (30,1%) ən yüksək göstərici qeydə alınıb.

Ötən ay genişzolaqlı internet xidmətlərinin aylıq həcmi 1,0 milyon manatı keçib. Rayon TKQ-lərdə genişzolaqlı xidmətlərin aylıq həcminin əldə edilən ümumi gəlirdə xüsusi çəkisi 26,2%-ə çatıb (ilin əvvəlində 21,9%). Bu göstəricinin ən yüksək həddi Salyan (41,3%), Füzuli (39,3%) və Şirvan (39,1%) TKQ-lərdə qeydə alınıb.

RƏVAN



Baxış sayı: 872

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024