Tarix:18/04/13
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Çoi Suk-İn məlumat verib.
Azərbaycanla Koreya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinin qeyd olunduğunu xatırladan səfir "Azərbaycanda "elektron hökumət" üçün təlim mərkəzinin yaradılması" layihəsi üzrə "Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Qrant razılaşması"nı ölkəmizdə "İKT ili" çərçivəsində, tərəflər arasında İKT-nin inkişafı istiqamətində növbəti addım kimi qiymətləndirib: "İmzalanan bu razılaşma ölkələr arasında informasiya texnologiyaları sahəsində həyata keçiriləcək layihələrdən biridir və layihənin ümumi dəyəri 3 milyon 500 min dollar təşkil edir. Koreya İKT, o cümlədən "elektron hökumət" sahəsində dünya ölkələri sırasında 5-ci yerdədir.
Ümid edirəm ki, Azərbaycanda layihə həyata keçirilən zaman regionlarda olan dövlət qulluqçuları da bu sahədə təlim keçmiş olacaqlar. Azərbaycanla İKT sahəsində keçirilən digər layihəni də qeyd etmək istərdim. İki ay əvvəl Naxçıvan Muxtar Respublikasında Naxçıvan Dövlət Universitetində də biz informasiya texnologiyaları sahəsində bir layihənin qrant razılaşmasını imzalamışıq. Biz Azərbaycanla İKT sahəsində əməkdaşlığımızı daimi olaraq davam etdirəcəyik".
Çoi Suk-İn Koreya tərəfinin "ASAN xidmət" mərkəzləri ilə aparılan işlərindən də söz açıb:
"Biz Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri ilə görüş keçirmişik və görüş zamanı əməkdaşlıqla bağlı müzakirələr aparmışıq. Bu agentlikdə həyata keçirilən xidmətlər Koreya Respublikasında tətbiq olunur və istərdik ki, bu sahədə də olan təcrübəmizi Azərbaycanla bölüşək. Hazırda Dövlət Agentliyi ilə danışıqlar aparırıq. Düşünürük ki, ASAN xidmət" mərkəzlərinin əməkdaşlarını təcrübə mübadiləsi üçün Koreyaya dəvət edək və ya bizim mütəxəssislər Azərbaycana gəlsinlər".
Həqiqət İSABALAYEVA
Səfir Çoi Suk-İn: “Biz Azərbaycanla İKT sahəsində əməkdaşlığımızı daha da genişləndirəcəyik”
"Azərbaycanla Koreya arasında münasibətlər bir çox sahələrdə inkişaf edib. Hazırda təkcə siyasi sahədə deyil, iqtisadi, təhsil və mədəniyyət sahələrində əlaqələrimiz yüksək səviyyədədir. Düşünürəm ki, İKT sahəsində də bir çox işlər həyata keçirilib"."ICTnews" elektron xəbər xidmətinə bu barədə Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Çoi Suk-İn məlumat verib.
Azərbaycanla Koreya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinin qeyd olunduğunu xatırladan səfir "Azərbaycanda "elektron hökumət" üçün təlim mərkəzinin yaradılması" layihəsi üzrə "Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Qrant razılaşması"nı ölkəmizdə "İKT ili" çərçivəsində, tərəflər arasında İKT-nin inkişafı istiqamətində növbəti addım kimi qiymətləndirib: "İmzalanan bu razılaşma ölkələr arasında informasiya texnologiyaları sahəsində həyata keçiriləcək layihələrdən biridir və layihənin ümumi dəyəri 3 milyon 500 min dollar təşkil edir. Koreya İKT, o cümlədən "elektron hökumət" sahəsində dünya ölkələri sırasında 5-ci yerdədir.
Ümid edirəm ki, Azərbaycanda layihə həyata keçirilən zaman regionlarda olan dövlət qulluqçuları da bu sahədə təlim keçmiş olacaqlar. Azərbaycanla İKT sahəsində keçirilən digər layihəni də qeyd etmək istərdim. İki ay əvvəl Naxçıvan Muxtar Respublikasında Naxçıvan Dövlət Universitetində də biz informasiya texnologiyaları sahəsində bir layihənin qrant razılaşmasını imzalamışıq. Biz Azərbaycanla İKT sahəsində əməkdaşlığımızı daimi olaraq davam etdirəcəyik".
Çoi Suk-İn Koreya tərəfinin "ASAN xidmət" mərkəzləri ilə aparılan işlərindən də söz açıb:
"Biz Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri ilə görüş keçirmişik və görüş zamanı əməkdaşlıqla bağlı müzakirələr aparmışıq. Bu agentlikdə həyata keçirilən xidmətlər Koreya Respublikasında tətbiq olunur və istərdik ki, bu sahədə də olan təcrübəmizi Azərbaycanla bölüşək. Hazırda Dövlət Agentliyi ilə danışıqlar aparırıq. Düşünürük ki, ASAN xidmət" mərkəzlərinin əməkdaşlarını təcrübə mübadiləsi üçün Koreyaya dəvət edək və ya bizim mütəxəssislər Azərbaycana gəlsinlər".
Həqiqət İSABALAYEVA
Baxış sayı: 852
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır