Tarix:19/04/13
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə cari il ərzində Gəncə və ətraf 11 rayondan daxil olan 100 müraciətdən 70-dən çoxu həll olunub, 27-nə isə bu gün qəbul zamanı baxılıb. Müraciətlər əsasən, Cavad xan, Məhsəti, Natəvan, Sevinc və Sadıllı qəsəbələrinin sakinlərindən telefon, internet çəkilişi və poçt şöbə və filiallarında xidmət keyfiyyətinin artırılması ilə əlaqədar olub.
Vətəndaşların nəzərinə çatdırılıb ki, Cavad xan və Sadıllı qəsəbələrində yeni ATS-lər tikiləcək.
Görüşdə nazir əhalinin genişzolaqlı internetdən istifadəsi üçün Dövlət Neft Fondu ilə birgə layihənin həyata keçirildiyini bildirib. Əli Abbasov onu da vurğulayıb ki, İKT sahəsinin inkişafı üçün Gəncədəki potensial işçi kadrlardan istifadə ediləcək.
Nazir Gəncə Telekommunikasiya İdarəsində 38 vakant yerə Azərbaycan Texnologiya Universitetinin məzunlarının cəlb olunması barədə tapşırıq verib. Qeyd edək ki, nazir Azərbaycan Texnologiya Universitetində də gənclərlə görüş keçirəcək.
RƏVAN
Gəncədə vətəndaşların telefon, internet çəkilişi və poçtla bağlı müraciətlərinə baxılıb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün Gəncə şəhərində vətəndaşların qəbulunu keçirib.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə cari il ərzində Gəncə və ətraf 11 rayondan daxil olan 100 müraciətdən 70-dən çoxu həll olunub, 27-nə isə bu gün qəbul zamanı baxılıb. Müraciətlər əsasən, Cavad xan, Məhsəti, Natəvan, Sevinc və Sadıllı qəsəbələrinin sakinlərindən telefon, internet çəkilişi və poçt şöbə və filiallarında xidmət keyfiyyətinin artırılması ilə əlaqədar olub.
Vətəndaşların nəzərinə çatdırılıb ki, Cavad xan və Sadıllı qəsəbələrində yeni ATS-lər tikiləcək.
Görüşdə nazir əhalinin genişzolaqlı internetdən istifadəsi üçün Dövlət Neft Fondu ilə birgə layihənin həyata keçirildiyini bildirib. Əli Abbasov onu da vurğulayıb ki, İKT sahəsinin inkişafı üçün Gəncədəki potensial işçi kadrlardan istifadə ediləcək.
Nazir Gəncə Telekommunikasiya İdarəsində 38 vakant yerə Azərbaycan Texnologiya Universitetinin məzunlarının cəlb olunması barədə tapşırıq verib. Qeyd edək ki, nazir Azərbaycan Texnologiya Universitetində də gənclərlə görüş keçirəcək.
RƏVAN
Baxış sayı: 1466
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir