Tarix:19/04/13
Bundan əlavə, şirkət, SOS Gənclər Evində yaşayan yeniyetmələrə də dəstək olmaqdadır. Gənclər evlərinin açılışı prosesində yaxından iştirak edən "Mobitel", bu gənclərin müstəqil həyatda öz yerlərini tutmaqları istiqamətində də yardımını əsirgəmir. Hazırda gənclərdən 7 nəfəri şirkətdə işlə təmin olunaraq ixtisasa yiyələnməkdədirlər. Sabahdan etibarən, "Mobitel" şirkətinin "Evo Store" mağazasında isə maraqlı satış kampaniyasına start veriləcək.
Kampaniya zamanı satılmış telefonların dəyərinin 10%-i "Mobitel" şirkəti tərəfindən SOS uşaqlarına ianə ediləcək. Beləliklə, həmin mağazadan alış-veriş edənlər bilavasitə xeyriyyəçilik prosesinə töhfə vermiş, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərilməsi, dəstək verilməsində iştirak etmiş olacaqlar. "Evo Store" mağazası Füzuli, 49-da yerləşir.
Aksiya hər həftə keçiriləcək. Həmin günlər, mağazada SOS günləri olaraq keçiriləcək. Bura gələnlər, təşkilatın himayəsindəki gənclərlə və təşkilatın fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. SOS Uşaq Kəndlərinin dünəni və bu günü barədə filmlər nümayiş etdiriləcək, öz uşaqları ilə bərabər mağazaya gəlmiş alıcılara "Şən avtobus" tərəfindən maraqlı əyləncələr, üzərində rəsmlər (facepainting), oyunlarda iştirak etmək fürsəti yaranacaq, telefon alan hər bir kəsə isə sertifikat təqdim ediləcək, xatirə şəkilləri çəkdiriləcək.
Sertifikatda, təqdim edildiyi şəxsin "Evo Store" mağazasından məhsul almaqla, SOS uşaqlarına yardım etməsi faktı təsdiq ediləcək.
RƏVAN
“Evo Store” mağazasından telefon al, 1 kimsəsiz uşağı sevindir!
"Mobitel" şirkəti artıq 5 ildir ki, SOS uşaqlarına yardım etməkdədir. Şirkətdən verilən məlumata görə, "SOS Uşaq Kəndləri - Azərbaycan" assosiasiyasının qeyri-formal təhsil layihəsi olan "Şən avtobus", məhz "Mobitel"in sponsorluğu sayəsində minlərlə ehtiyac içində olan uşaq və ailələrə xidmət göstərməkdədir.Bundan əlavə, şirkət, SOS Gənclər Evində yaşayan yeniyetmələrə də dəstək olmaqdadır. Gənclər evlərinin açılışı prosesində yaxından iştirak edən "Mobitel", bu gənclərin müstəqil həyatda öz yerlərini tutmaqları istiqamətində də yardımını əsirgəmir. Hazırda gənclərdən 7 nəfəri şirkətdə işlə təmin olunaraq ixtisasa yiyələnməkdədirlər. Sabahdan etibarən, "Mobitel" şirkətinin "Evo Store" mağazasında isə maraqlı satış kampaniyasına start veriləcək.
Kampaniya zamanı satılmış telefonların dəyərinin 10%-i "Mobitel" şirkəti tərəfindən SOS uşaqlarına ianə ediləcək. Beləliklə, həmin mağazadan alış-veriş edənlər bilavasitə xeyriyyəçilik prosesinə töhfə vermiş, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərilməsi, dəstək verilməsində iştirak etmiş olacaqlar. "Evo Store" mağazası Füzuli, 49-da yerləşir.
Aksiya hər həftə keçiriləcək. Həmin günlər, mağazada SOS günləri olaraq keçiriləcək. Bura gələnlər, təşkilatın himayəsindəki gənclərlə və təşkilatın fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. SOS Uşaq Kəndlərinin dünəni və bu günü barədə filmlər nümayiş etdiriləcək, öz uşaqları ilə bərabər mağazaya gəlmiş alıcılara "Şən avtobus" tərəfindən maraqlı əyləncələr, üzərində rəsmlər (facepainting), oyunlarda iştirak etmək fürsəti yaranacaq, telefon alan hər bir kəsə isə sertifikat təqdim ediləcək, xatirə şəkilləri çəkdiriləcək.
Sertifikatda, təqdim edildiyi şəxsin "Evo Store" mağazasından məhsul almaqla, SOS uşaqlarına yardım etməsi faktı təsdiq ediləcək.
RƏVAN
Baxış sayı: 1568
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır