Tarix:22/04/13
Sərgi-konfransın işində Azərbaycanın, Türkiyənin, Gürcüstanın, Ukraynanın, Rusiyanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Moldovanın, Monqolustanın, Qırğızıstanın və başqa ölkələrin nümayəndə heyətləri iştirak ediblər. Tədbirdə Azərbaycan ənənəvi olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və bir sıra telekommunikasiya şirkətləri tərəfindən təmsil olunub.
Nazirlikdən bildiriblər ki, konfransda avadanlıq istehsalçılarının, rabitə operatorlarının, maliyyə strukturlarının, beynəlxalq və digər təşkilatların nümayəndələri iştirak edib. “Caspian Telecoms 2013” çərçivəsində keçirilmiş müzakirə və məruzələr rabitə siyasəti, perspektivli texnologiyalar, qabaqcıl texnologiyaların tətbiqi və başqa mövzuların aktual məsələlərini əhatə edib.
Azərbaycan “Caspian Telecoms 2013” beynəlxalq konfransında iştirak edib
Azərbaycanın informasiya texnologiyaları sahəsində nailiyyətləri Xəzər və Qara dəniz regionu və MDB ölkələri üçün telekommunikasiyalar və informasiya texnologiyaları üzrə 12-ci beynəlxalq konfransının işində təqdim olunub. Aprelin 18-19-da İstanbulda keçirilmiş konfransın təşkilatçıları Türkiyənin “E International Exhibitions Inc.”, Rusiyanın “ITE Moscow LLC” və Böyük Britaniyanın “ITE Group PLC” şirkətləridir.Sərgi-konfransın işində Azərbaycanın, Türkiyənin, Gürcüstanın, Ukraynanın, Rusiyanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Moldovanın, Monqolustanın, Qırğızıstanın və başqa ölkələrin nümayəndə heyətləri iştirak ediblər. Tədbirdə Azərbaycan ənənəvi olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və bir sıra telekommunikasiya şirkətləri tərəfindən təmsil olunub.
Nazirlikdən bildiriblər ki, konfransda avadanlıq istehsalçılarının, rabitə operatorlarının, maliyyə strukturlarının, beynəlxalq və digər təşkilatların nümayəndələri iştirak edib. “Caspian Telecoms 2013” çərçivəsində keçirilmiş müzakirə və məruzələr rabitə siyasəti, perspektivli texnologiyalar, qabaqcıl texnologiyaların tətbiqi və başqa mövzuların aktual məsələlərini əhatə edib.
Baxış sayı: 666
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır