Tarix:22/04/13
Buna qurğunun erkən relizi və onun texniki göstəriciləri səbəb oldu. Bu barədə məlumat verən İKT İnformasiya Mərkəzindən bildirilib ki, digər "Android"-vendorları öz flaqmanlarını təqdim etməmişdən artıq "Sony" fevral ayında yeni smartfonunu bazara çıxarıb: "HTC şirkəti "One" smartfonunun satışlarına yalnız bir aydan sonra, həm də sadəcə 3 bazarda başladı. "LG" şirkəti "Optimus G Pro" smartfonunu fevralın sonundan Koreya və Yaponiya bazarlarında satmağa başlayıb.
"Samsung" şirkəti isə "Galaxy S4" smartfonunu ancaq aprelin ikinci yarısında satışa çıxaracaq. Məhz elə bu səbəblərdən də "Sony" qeyd olunan göstəricilərə nail ola bildi".
Analitiklər hesab edirlər ki, sözügedən modelin müvəffəqiyyətinin ikinci səbəbi onun texniki göstəriciləri, eyni zamanda su və toza qarşı (IP55 və IP57 sertifikatlaşması 1 metr dərinliyədək suda batmağa davam gətirir) dayanıqlığıdır: "Xatırladaq ki, "Sony Xperia Z" smartfonu takt tezliyi 1,5 GQz olan dördnüvəli "Qualcomm Snapdragon S4 Pro" prosessoru, 2 GB-lıq əməli yaddaş, "Mobile BRAVIA Engine" 2 texnologiyalı 5 düymlük 1080 x 1920 "Reality Display" ekranı, 16 QB daxili yaddaş (microSD-lərin dəstəklənməsi imkanı), HDR-videonu dəstəkləyən "Exmor RS" matrisalı 13 meqapiksellik kamera, həmçinin "Exmor R" matrisalı 2 meqapiksellik ön kamera ilə təchiz edilib.
Qurğunun ön və arxa panellərində zərbəyə davamlı qabıqla örtülmüş bərkidilmiş şüşədən istifadə edilib. Bütün girişlər isə rezin qapaqlarla bağlanıb.
Bununla belə, smartfonun qalınlığı 7,9 mm, çəkisi 146 qram, çıxarılmayan akkumulyatorun həcmi isə 2330 mAh təşkil edir. Smartfon "Android Jelly Bean" əməliyyat sistemi üzərində çalışır".
HƏQİQƏT
Analitiklər “Sony Xperia Z”-nın sürətli satışının “sirri”ni açıqlayıblar
"Sony" şirkəti Xperia Z smartfonunu ilin əvvəlində Las Veqasda keçirilmiş "CES-2013" sərgisində təqdim edib. Bunu düzgün qərar adlandıran analitiklər əmindilər ki, satışa başlandığı andan sonrakı 40 gün ərzində "Sony" 4,6 milyon "Xperia Z" sata bildi.Buna qurğunun erkən relizi və onun texniki göstəriciləri səbəb oldu. Bu barədə məlumat verən İKT İnformasiya Mərkəzindən bildirilib ki, digər "Android"-vendorları öz flaqmanlarını təqdim etməmişdən artıq "Sony" fevral ayında yeni smartfonunu bazara çıxarıb: "HTC şirkəti "One" smartfonunun satışlarına yalnız bir aydan sonra, həm də sadəcə 3 bazarda başladı. "LG" şirkəti "Optimus G Pro" smartfonunu fevralın sonundan Koreya və Yaponiya bazarlarında satmağa başlayıb.
"Samsung" şirkəti isə "Galaxy S4" smartfonunu ancaq aprelin ikinci yarısında satışa çıxaracaq. Məhz elə bu səbəblərdən də "Sony" qeyd olunan göstəricilərə nail ola bildi".
Analitiklər hesab edirlər ki, sözügedən modelin müvəffəqiyyətinin ikinci səbəbi onun texniki göstəriciləri, eyni zamanda su və toza qarşı (IP55 və IP57 sertifikatlaşması 1 metr dərinliyədək suda batmağa davam gətirir) dayanıqlığıdır: "Xatırladaq ki, "Sony Xperia Z" smartfonu takt tezliyi 1,5 GQz olan dördnüvəli "Qualcomm Snapdragon S4 Pro" prosessoru, 2 GB-lıq əməli yaddaş, "Mobile BRAVIA Engine" 2 texnologiyalı 5 düymlük 1080 x 1920 "Reality Display" ekranı, 16 QB daxili yaddaş (microSD-lərin dəstəklənməsi imkanı), HDR-videonu dəstəkləyən "Exmor RS" matrisalı 13 meqapiksellik kamera, həmçinin "Exmor R" matrisalı 2 meqapiksellik ön kamera ilə təchiz edilib.
Qurğunun ön və arxa panellərində zərbəyə davamlı qabıqla örtülmüş bərkidilmiş şüşədən istifadə edilib. Bütün girişlər isə rezin qapaqlarla bağlanıb.
Bununla belə, smartfonun qalınlığı 7,9 mm, çəkisi 146 qram, çıxarılmayan akkumulyatorun həcmi isə 2330 mAh təşkil edir. Smartfon "Android Jelly Bean" əməliyyat sistemi üzərində çalışır".
HƏQİQƏT
Baxış sayı: 926
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır