12px13px15px17px
Tarix:22/04/13

Nostrifikasiya sistemi Təhsil Nazirliyinin “Elektron xidmətlər” bölməsinə daxil edilib

Təhsil Nazirliyində "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası çərçivəsində hazırlanmış xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) sistemi (www.nostrifikasiya.edu.az) nazirliyin saytının "Elektron xidmətlər" bölməsinə daxil edilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə adıçəkilən nazirliyin məlumatında deyilir. Yeni sistem nostrifikasiya prosesinin müasir tələblərə uyğun təşkili baxımından bir sıra üstün cəhətlərə malikdir.

Belə ki, xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sistemi vətəndaşlar üçün geniş müraciət imkanları açır, şəffaflığa, subyektiv amillərin aradan qaldırılmasına xidmət edir.

Məlumat üçün bildirək ki, Azərbaycan 1997-ci ilin aprelindən "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası"na imza atıb və 2000-ci ildən bu prosesin həyata keçirilməsi işi Təhsil Nazirliyinə həvalə olunub.

CAHANGİR



Baxış sayı: 3059

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024