Tarix:22/04/13
Hansı peşənin sahibi olsaq da, harada yaşasaq da, bizi hansı şərait əhatə etsə də, hamımız yaratmağa qadirik. Məhz insanın yaradıcılığı və onun ixtiraçılıq qabiliyyəti hesabına istər səhiyyə, nəqliyyat, rabitə və ya əyləncə olsun, bütün sahələrdə həyat səviyyəsi yaxşılaşır. Əqli mülkiyyətin təyinatı – bütün dünyada insanın yaradıcılıq və yenilikçilik qabiliyyətlərinin reallaşdırılması üçün şərait yaratmaqdır.
Aprelin 26-sı dünyada Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur. Bu il əqli mülkiyyət gününün devizi "Yaradıcılıq – sonrakı nəsil"dir. Yaradıcılıqla məşğul olmaq bütün insanlara xasdır.
Son 30 ildə insanın özünüifadə yaradıcılıq formaları əhəmiyyətli dərəcədə dəyişmişdir. Adamlar yaradıcılıq üçün ən qeyri-adi üsullar tapırlar. Biz istifadəçilər tərəfindən yaradılan informasiya kontentinin sürətli inkişafının və çoxsaylı insanların ümumi yaradıcılıq prosesində iştirak etmək üçün, məsələn "krowdsorcing", yaxud açıq innovasiyaların köməyi ilə birləşməsinin şahidiyik. Belə qarşılıqlı yaradıcılıq bəşəriyyət qarşısında sonsuz yeni imkanlar açır.
Sonrakı nəsil nə gətirəcək?
Gələcəyi əvvəlcədən demək çətindir, ancaq bilirik ki, dəyişikliklər son zamanlar daha sürətlə baş verir. Bu gün gözlərimiz qarşısında bizim həyat tərzimizi kəskin dəyişməyə qadir olan yeni texnologiyalar həm də geniş üfüqlər açır. Bu dəyişikliklər daha sürətlə baş verir. Sabah bizi gələcək nəsillər əvəz edəcək.
Məsələn, həyat haqqında elmin sonrakı inkişafı həyatımızı dəyişdirə bilər. İnformasiya texnologiyaları, molekulyar biologiya, regenerativ tibb və hətta stereoskopik çap kimi texnologiyalar həyat elmlərində cəmləşir. Beynəlxalq Əqli Mülkiyyət Günündə biz hamını dəyişən dünyada əqli mülkiyyətin rolu barədə düşünməyə çağırırıq. Hesab edirəm ki, əqli mülkiyyətin daxilində hansısa dahilik vardır. Məhz bu, tədqiqatlar və işlənmələr, innovasiyalar, mədəni yaradıcılıq və əsərlərin yaradılması üçün unikal stimul yaradır.
Bu, necə baş verir - innovasiyalar və mədəni yaradıcılıqdan faydalar əldə etməyə, satmağa və birgə istifadəyə imkan verən mexanizmlərin yaradılması hesabına. Bizim vəzifəmiz – onun əldə edilməsinə ədalətli və balanslaşdırılmış şəraiti təmin etməkdir ki, bu faydadan hər yerdə istifadə etmək mümkün olsun və o, gələcək nəsillərin çiçəklənəcəyi əsil dinamik yaradıcı cəmiyyətin yaradılmasına xidmət etsin.
Arzu etmək yaşlı nəsildən daha çox gənclərə xasdır. Gənclər gələcəyi yaradır, gənclər – elə gələcəyin özüdür. Bu gün Beynəlxalq Əqli Mülkiyyət Günündə yeni nəslə çağırışla müraciət edirəm: yaradın və ixtira edin! Həm də yaradıcılıq və innovasiyaların gələcək sosial idarəçiliyində əqli mülkiyyətin hansı rolu oynaması barədə düşünün.
Fransis Qarri: “İnnovativ ideyalar bəşəriyyət qarşısında sonsuz yeni imkanlar açır”
Aprelin 26-sı dünyada Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur. Bu il əqli mülkiyyət gününün devizi "Yaradıcılıq – sonrakı nəsil"dir. Yaradıcılıqla məşğul olmaq bütün insanlara xasdır.Hansı peşənin sahibi olsaq da, harada yaşasaq da, bizi hansı şərait əhatə etsə də, hamımız yaratmağa qadirik. Məhz insanın yaradıcılığı və onun ixtiraçılıq qabiliyyəti hesabına istər səhiyyə, nəqliyyat, rabitə və ya əyləncə olsun, bütün sahələrdə həyat səviyyəsi yaxşılaşır. Əqli mülkiyyətin təyinatı – bütün dünyada insanın yaradıcılıq və yenilikçilik qabiliyyətlərinin reallaşdırılması üçün şərait yaratmaqdır.
Aprelin 26-sı dünyada Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur. Bu il əqli mülkiyyət gününün devizi "Yaradıcılıq – sonrakı nəsil"dir. Yaradıcılıqla məşğul olmaq bütün insanlara xasdır.
Son 30 ildə insanın özünüifadə yaradıcılıq formaları əhəmiyyətli dərəcədə dəyişmişdir. Adamlar yaradıcılıq üçün ən qeyri-adi üsullar tapırlar. Biz istifadəçilər tərəfindən yaradılan informasiya kontentinin sürətli inkişafının və çoxsaylı insanların ümumi yaradıcılıq prosesində iştirak etmək üçün, məsələn "krowdsorcing", yaxud açıq innovasiyaların köməyi ilə birləşməsinin şahidiyik. Belə qarşılıqlı yaradıcılıq bəşəriyyət qarşısında sonsuz yeni imkanlar açır.
Sonrakı nəsil nə gətirəcək?
Gələcəyi əvvəlcədən demək çətindir, ancaq bilirik ki, dəyişikliklər son zamanlar daha sürətlə baş verir. Bu gün gözlərimiz qarşısında bizim həyat tərzimizi kəskin dəyişməyə qadir olan yeni texnologiyalar həm də geniş üfüqlər açır. Bu dəyişikliklər daha sürətlə baş verir. Sabah bizi gələcək nəsillər əvəz edəcək.
Məsələn, həyat haqqında elmin sonrakı inkişafı həyatımızı dəyişdirə bilər. İnformasiya texnologiyaları, molekulyar biologiya, regenerativ tibb və hətta stereoskopik çap kimi texnologiyalar həyat elmlərində cəmləşir. Beynəlxalq Əqli Mülkiyyət Günündə biz hamını dəyişən dünyada əqli mülkiyyətin rolu barədə düşünməyə çağırırıq. Hesab edirəm ki, əqli mülkiyyətin daxilində hansısa dahilik vardır. Məhz bu, tədqiqatlar və işlənmələr, innovasiyalar, mədəni yaradıcılıq və əsərlərin yaradılması üçün unikal stimul yaradır.
Bu, necə baş verir - innovasiyalar və mədəni yaradıcılıqdan faydalar əldə etməyə, satmağa və birgə istifadəyə imkan verən mexanizmlərin yaradılması hesabına. Bizim vəzifəmiz – onun əldə edilməsinə ədalətli və balanslaşdırılmış şəraiti təmin etməkdir ki, bu faydadan hər yerdə istifadə etmək mümkün olsun və o, gələcək nəsillərin çiçəklənəcəyi əsil dinamik yaradıcı cəmiyyətin yaradılmasına xidmət etsin.
Arzu etmək yaşlı nəsildən daha çox gənclərə xasdır. Gənclər gələcəyi yaradır, gənclər – elə gələcəyin özüdür. Bu gün Beynəlxalq Əqli Mülkiyyət Günündə yeni nəslə çağırışla müraciət edirəm: yaradın və ixtira edin! Həm də yaradıcılıq və innovasiyaların gələcək sosial idarəçiliyində əqli mülkiyyətin hansı rolu oynaması barədə düşünün.
Baxış sayı: 847
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır