12px13px15px17px
Tarix:23/04/13

2016-cı ilədək “Google Play” “App Store”-ni ötəcək?

“Google Play” internet mağazası “Apple” şirkətinin “App Store” mağazası ilə müqayisədə daha sürətlə inkişaf edir. Proqramların yüklənmə sayına görə sözügedən xidmət artıq “alma” şirkətinin xidmətini ötməyə müvəffəq olub. Bununla belə, “Android” platforması üçün tətbiqdən əldə olunan gəlirin həcmi hələ ki azdır.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Canalys” analitiklərinin qiymətləndirməsinə görə, 2013-cü ilin birinci rübündə dünyada fəaliyyət göstərən bütün tətbiq mağazaları ümumilikdə 2,2 milyard dollar əldə ediblər. Bu məbləğin 1.48 milyard dolları (74%) “Apple”-ın, 18%-i isə “Google”-un payına düşüb.

Bununla belə, “Google Play” internet mağazasında ötən ilin müvafiq dövrü ilə müqayisədə satış həcmi 90% artıb. Müqayisə üçün, “App Store”də bu göstərici 25% olub. Məlumat üçün bildirək ki, “Google” və “Apple” şirkətləri hər bir proqramın satışından 30% özlərinə götürürlər.

Emil Hüseynov



Baxış sayı: 959

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024