12px13px15px17px
Tarix:23/04/13

“Facebook Home” özünü doğrultmur?

Son 10 gün ərzində “Facebook Home” platforması 500 min dəfə yüklənilib. “Technology Business Research” analitik şirkəti bildirir ki, əldə olunmuş göstərici bəzilərinin gözlədiyi kimi o qədər də yüksək deyil. Lakin onlar, həmçinin qeyd ediblər ki, bu, yaxşı başlanğıcdır.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Facebook” hələ ki bu məsələyə münasibət bildirməyib. Hazırda “Home” yalnız “Android” platformasında işləyir və adıçəkilən əməliyyat sistemi ilə işləyən telefonları sosial şəbəkə ilə daha rahat işləyən cihaza çevirir.

“Technology Business Research” analitik şirkətindən verilən məlumata əsasən, “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayının 1 milyardı ötməsini nəzərə alsaq, 500 min o deməkdir ki, adıçəkilən şəbəkənin istifadəçilərinin yalnız 0.05%-i “Home”-dan istifadəyə qərar veriblər.

Emil Hüseynov



Baxış sayı: 670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024