12px13px15px17px
Tarix:23/04/13

Azərbaycan rəqəmli hüquqlarının qorunmasını təmin etmək məqsədi ilə beynəlxalq layihə hazırlayıb

Azərbaycan milli və mədəni irsinin internetdə hüquqlarının qorunması məqsədi ilə beynəlxalq layihə hazırlanıb.

Azərbaycan müəllif hüquqları agentliyinin sədri Kamran İmanov “ICTnews” xəbər xidmətinin sualını şərh edərək bildirib ki, hazırda müəllif hüququ rəqəmli müəllif hüququna çevrilir.

“Bizim agentliyin “Yadelli nağılları” adlı kitabımızda 200 illik müddətdə ermənilərin Azərbaycanın, qeyri-maddi mənəvi dəyərlərini mənimsəməsi faktları təqdim edilir, hansı ki “Gəldim, gördüm və mənimsədim” sxemi üzrə həyata keçirilir. Bu sxem gəlmə etnos tərəfindən digər millətlərin milli-mədəni dəyərlərinin, torpaqlarının mənimsənilməsini nəzərdə tutur. Getdikcə müəllif hüququ rəqəmli müəllif hüququna çevrilir, çünki mədəni əsərlər internet kontentə çevrilir və virtual məkanda öz əkslərini tapırlar. Bir tərəfdən informasiya texnologiyaları əqli mülkiyyəti yaradır, digər tərəfdən isə əqli mülkiyyətinin qorunmasına maneə törədir. Bütün dünya bu problem üzərində işləyir və biz artıq öz nəticələrimizi Ümumdünya əqli mülkiyyət təşkilatına təqdim etmişik. Hazırda Azərbaycan doqquz Avropa ölkəsi ilə birgə layihə hazırlayıb. Bu layihədə rəqəmli hüquqların mühafizə edilməsi məsələsi tənzimlənir və yaxın günlərdə bu layihənin nəticələrini görəcəksiniz”,- deyə o bildirib.

Aynur Vəliyeva



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024