12px13px15px17px
Tarix:23/04/13

İKT və müasir pedaqoji yanaşmaların təhsildə tətbiqi üzrə məsləhətlər verilir

Layihə 2013-cü ilin aprel ayından etibarən respublikanın Bakı, Sumqayıt, Şirvan, Mingəçevir, Göyçay, Bərdə, Hacıqabul, Gəncə, Ağstafa, Qusar, Qəbələ şəhərlərində “Mədəd Azərbaycan” təşkilatı və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən icra olunur. Layihə çərçivəsində qeyd olunmuş şəhər və rayonların seçilmiş məktəb müəllimlərinə “Həmkara Dəstək” təlimi keçirilir.


Cari il üçün sözügedən təlim üzrə 531 nəfər pedaqoji heyətin təlimdən keçməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi respublikanın orta ümumtəhsil məktəblərində nəzərdə tutulan mentorlar hazırlamaqdır. Mentorların məktəblərdə əsas fəaliyyəti tədris etdikləri fəndən asılı olmayaraq həmkarlarına yeni təlim metodları, İKT və müasir pedaqoji yanaşmaların təhsilə tətbiqi üzrə məsləhətlər vermək, eyni zamanda onları yönləndirməkdən ibarətdir.

Təlimlər nəticəsində məktəblərdə fəal, təcrübəli, ünsiyyət bacarıqlarına malik mentorlar öz həmkarlarına dəstək olmaqla onların təkmilləşmə ehtiyaclarını ödəyəcək. Bu da XXI əsr şagirdlərinin hərtərəfli inkişafında, onların bilik və bacarıqlarının artırılmasında, həmçinin dünyagörüşünün zənginləşməsində böyük rol oynayacaq. Hər bir məktəbdə belə mentorun mövcudluğu pedaqoji heyətə tədrisdə İKT-nin istifadəsini asanlaşdırmağa kömək edəcək. “Həmkara Dəstək” layihəsinin əsası ABŞ-da “Peer-Ed” təşkilatı tərəfindən qoyulub.

Azərbaycanın bu layihədə iştirakı Azərbaycan Təhsil Nazirliyi ilə “Microsoft Azərbaycan” arasında imzalanıb. “Təhsildə Əməkdaşlıq” Anlaşma Memorandumu çərçivəsində mümkün olub. Sözügedən pilot layihə 2012-ci ildə Bakı, Sumqayıt, Bərdə, Qax və Quba məktəblərinin müəllimləri üçün keçirilib. “Həmkara Dəstək” təliminin materialları “Mədəd Azərbaycan” təşkilatının işçi qrupu tərəfindən milli məzmuna uyğunlaşdırılıb.



Baxış sayı: 3092

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024