Tarix:23/04/13
"ICTnews" elektron xəbər xidmətinin adıçəkilən nazirliyə istinadən verdiyi məlumata görə, layihə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.7. yarımbəndinin (müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması) icrasını nəzərdə tutur.
Layihə çərçivəsində "www.karyeram.az" internet portal hazırlanıb. Peşə seçimi ilə bağlı yaradılan internet portalda gənclər öz CV-ni yerləşdirə bilərlər. Gənclər portal vasitəsilə öz bacarıqlarının hansı istiqamətə daha uyğun olduğunun müəyyən edilməsi, müxtəlif iş və peşə seçimi, distant təhsil vasitəsilə müxtəlif kurslardan keçmə, eyni zamanda interaktiv məlumat – məsləhət xidmətlərinin alınması kimi imkanlara malik olacaqlar.
Bu portalda interaktiv elektron resurslar, gənclərin karyera hazırlığı ilə əlaqədar videoçarxlar, gənclər üçün maraqlı biznes ideyaları, qrant müsabiqələri, iş yerləri haqqında məlumatlar öz əksini tapıb.
CAHANGİR
Azərbaycanda gənclər üçün peşə seçimi ilə bağlı portal istifadəyə verilib
Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqə çərçivəsində Demokratik Gənclər İctimai Birliyi tərəfindən "Peşələri məsafədən seçək!" distant məlumat məsləhət xidmətinin yaradılması layihəsi həyata keçirilir."ICTnews" elektron xəbər xidmətinin adıçəkilən nazirliyə istinadən verdiyi məlumata görə, layihə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.7. yarımbəndinin (müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması) icrasını nəzərdə tutur.
Layihə çərçivəsində "www.karyeram.az" internet portal hazırlanıb. Peşə seçimi ilə bağlı yaradılan internet portalda gənclər öz CV-ni yerləşdirə bilərlər. Gənclər portal vasitəsilə öz bacarıqlarının hansı istiqamətə daha uyğun olduğunun müəyyən edilməsi, müxtəlif iş və peşə seçimi, distant təhsil vasitəsilə müxtəlif kurslardan keçmə, eyni zamanda interaktiv məlumat – məsləhət xidmətlərinin alınması kimi imkanlara malik olacaqlar.
Bu portalda interaktiv elektron resurslar, gənclərin karyera hazırlığı ilə əlaqədar videoçarxlar, gənclər üçün maraqlı biznes ideyaları, qrant müsabiqələri, iş yerləri haqqında məlumatlar öz əksini tapıb.
CAHANGİR
Baxış sayı: 847
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib