12px13px15px17px
Tarix:25/04/13

İKT-nin inkişaf səviyyəsini müəyyən etmək üçün BTİ-də “Elektron hökumət”lə bağlı 7 indikator təsis edilib

Ölkələr üzrə İKT-nin inkişaf səviyyəsini müəyyən etmək üçün Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) yeni indikatorlar yaradılıb. Beynəlxalq Telekommunikasiya İttifaqının İKT üzrə statistik məlumatlar və informasiya bölməsinin rəhbəri Syuzan Telçer bu barədə Naxçıvan Muxtar Respublikasında keçirilən BTİ-nin MDB ölkələri üçün "Beynəlxalq standartlara uyğun olaraq telekommunikasiya/İKT indikatorlarının unifikasiyası" mövzusunda regional seminarında məlumat verib.

Onun sözlərinə görə, BTİ-də İKT üzrə toplanan indikatorlar beynəlxalq səviyyədə razılaşdırılmış əsas indikatorlar siyahısını təşkil edir: "Əgər milli səviyyədə toplanan məlumatları digər ölkələrlə müqayisə etmək istəyiriksə, o zaman indikatorlara əsas bu informasiyalar çox münasib istinad siyahısıdır. Bu siyahıda hər sahə üzrə fərqli indikatorlar yer alıb".

Məsələn, "İKT sektoru təhsildə" istiqaməti üzrə 8 indikatorun müəyyənləşdirildiyini və bu statistik məlumatların UNESKO Statistika İnstitutu tərəfindən aparıldığını deyən BTİ rəsmisinin sözlərinə görə, hazırda yeni indikatorlar da nəzərdən keçirilir:

"İndikatorlardan 7-si "Elektron hökumət"lə bağlıdır. Hələlik bununla bağlı statistik məlumatların toplanmasına başlanmayıb. Çünki bu indikatorlar çox yeni təsis edilib".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında aprelin 24-dən başlayan Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üçün "Beynəlxalq standartlara uyğun olaraq elektrorabitə/İKT indikatorlarının unifikasiyası" mövzusunda regional seminarı davam edir.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 784

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024