Tarix:25/04/13
Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən «ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, keçiriləcək kampaniya çərçivəsində Münsiflər Heyəti tərəfindən “Nağdsız ödənişlər üzrə lider bank” və “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyaları üzrə müəyyən edilmiş şərtlər daxilində qalib banklar seçilərək mükafatlandırılacaqdır.
Təqdim olunan nominasiyalar üzrə qalib bank ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız ödənişlərin və cari hesablardan elektron şəbəkə və cihazlar vasitəsilə (İnternet bankçılıq, mobil bankçılıq və s. vasitəsilə) köçürmələrin ümumi sayına uyğun olaraq müəyyən ediləcəkdir. Kampaniyanın keçirilməsi şərtləri və nominasiyalar haqqında ətraflı məlumat Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) yerləşdirilib.
SEYMUR
“Elektron bankçılıq xidmətlərində lider bank” müəyyən ediləcək
Mərkəzi Bank bankların cari il ərzində nağdsız hesablaşmaların genişləndirilməsi, müasir bank texnologiyalarından istifadənin artırılması sahəsində fəaliyyətinin stimullaşdırılması məqsədilə beynəlxalq təcrübədən irəli gələrək fərqlənmiş bankların mükafatlandırılması üçün nağdsız ödənişlər sahəsində nominasiyalar elan edir.Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən «ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, keçiriləcək kampaniya çərçivəsində Münsiflər Heyəti tərəfindən “Nağdsız ödənişlər üzrə lider bank” və “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyaları üzrə müəyyən edilmiş şərtlər daxilində qalib banklar seçilərək mükafatlandırılacaqdır.
Təqdim olunan nominasiyalar üzrə qalib bank ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız ödənişlərin və cari hesablardan elektron şəbəkə və cihazlar vasitəsilə (İnternet bankçılıq, mobil bankçılıq və s. vasitəsilə) köçürmələrin ümumi sayına uyğun olaraq müəyyən ediləcəkdir. Kampaniyanın keçirilməsi şərtləri və nominasiyalar haqqında ətraflı məlumat Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) yerləşdirilib.
SEYMUR
Baxış sayı: 789
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır