12px13px15px17px
Tarix:25/04/13

Bu il Azərbaycanda Beynəlxalq Şəhərlərarası Stansiyanın NGN texnologiyasına keçirilməsi planlaşdırılır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İKT-nin inkişafı ilə bağlı tədbirlər planına əsasən yaxın zamanda ATS-lərdə daha müasir telekommunikasiya avadanlığının tətbiqini planlaşdırır. "ICTnews" xəbər xidmətinin məlumatına əsasən, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, yaxın zamanda stasionar şəbəkədə kommutasiya avadanlıqlarının modernləşdirilməsi nəzərdə tutulub.

"Hazırda bütün ATS-lərin elektronlaşmasına baxmayaraq, artıq bu da yetərli deyil. Stansiyaların İP texnologiyaları ilə təchiz edilməsi və NGN texnologiyasının tətbiq edilməsi nəzərdə tutulur. Bu il biz artıq Beynəlxalq Şəhərlərarası Stansiyanın tamamilə dəyişdirilməsini planlaşdırırıq, bununla da ölkə vətəndaşlarına yeni müasir xidmətlərin təqdim edilməsi təmin ediləcək ", - deyə o bildirib.

NGN (Next Generation Network— yeni nəsil şəbəkələr) əsası İP-şəbəkələrdən ibarət olan səsin, məlumatların və multimedia xidmətlərinin ötürülməsini təmin edən multiservis rabitə şəbəkəsidir.

Aynur Vəliyeva



Baxış sayı: 780

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024