12px13px15px17px
Tarix:25/04/13

“Dilmanc” layihəsi beynəlxalq sərgidə bir sıra yeniliklərlə çıxış edir

"Dilmanc" layihəsi "TİBO-2013" beynəlxalq sərgisində bir sıra yeniliklər təqdim edir. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sərgidə nümayiş etdirilən Azərbaycan dili üçün nitqin tanınması sistemi də bu qəbildəndir.

Sözügedən sistem mətni kompüterə mikrofon vasitəsilə daxil etməyə imkan verir: "Bu proqram klaviaturada yığmağa nisbətən 3-4 dəfə sürətli mətn daxil etməyə imkan verməklə yanaşı, klaviatura ilə işləməkdə çətinlik çəkən insanların, həmçinin əlil və görmə qüsuru olan istifadəçilərin işini asanlaşdırır".

Layihənin sərgidə təqdim etdiyi daha bir yenilik daxil edilmiş mətni insan səsi ilə oxuyan mətnin səsləndirilməsi sistemidir:

"Bu proqram vasitəsilə istifadəçilər Azərbaycan dilindəki mətni proqrama daxil edərək onun oxunuşuna qulaq asa bilərlər". Sərgidə eyni zamanda Azərbaycan dilindən ingilis və rus dillərinə və əksinə, onlayn lüğət təqdim edilib: "Adi lüğətlərdən fərqli olaraq, bu lüğətə sözün ixtiyari formasını daxil etmək mümkündür, bu zaman sözün kökü avtomatik tapılır. Bu imkan xüsusilə xarici dili bilməyən və sözün kökünü tapmaqda çətinlik çəkən istifadəçilər üçün əhəmiyyətlidir".

CAHANGİR



Baxış sayı: 794

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024