Tarix:26/04/13
Moldovanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təmsilçisi Eleonora Vasilakinin sədrliyi ilə keçirilən iclasda Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin rabitə sahəsi üzrə baş direktorunun müavini Natalya Zorya RRB-nin 2012-ci ildə həyata keçirdiyi tədbirlərin nəticələri ilə bağlı məlumat verib.
RRB-yə üzv olan ölkələrdə İKT sektoru üzrə reytinq göstəricilərinin ildən-ilə artdığını da vurğulayan N.Zorya Azərbaycanın ön sıralarda olduğunu qeyd edib.
Tədbirdə Azərbaycanı təmsil edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə şöbəsinin sektor müdiri Fuad Əhmədov isə ölkəmizdə İnformasiya Cəmiyyəti və İKT sektorunun inkişafının iqtisadi aspektlərindən danışaraq, ümumilikdə bu sahə üzrə görülən işlərdən, o cümlədən prioritet istiqamət olaraq, 2013-cü ilin Azərbaycanda "İKT ili" élan edilməsi, bununla bağlı görüləcək tədbirlərdən söz açıb.
Ölkəmizdə İKT sektorunun inkişaf dinamikasını əks etdirən əsas göstəriciləri də qeyd edən sektor müdiri nəzərdə tutulan və həyata keçirilən milli və regional layihələr, "Yüksək Texnologiyalar Parkı"nın yaradılması, "start-up"lara dəstək məqsədilə həyata keçiriləcək işlər, eyni zamanda vahid pəncərə sisteminin tətbiqi, elektron xidmətlər və s. sahələrdə reallaşdırılacaq tədbirləri də iclas iştirakçılarının nəzərinə çatdırıb.
Moldovanın Elektron Kommunikasiyalar və İnformasiya Texnologiyaları üzrə Milli Agentliyinin baş mütəxəssisi Basiul Petru isə iştirakçıları ölkəsinin tarif tənzimlənməsi ilə bağlı təcrübəsi ilə tanış edib.
Qeyd edək ki, hazırda RRB-yə üzv ölkələrin məruzələri və qarşılıqlı müzakirələri ilə davam edən iclasda rəqəmli yayım üzrə tətbiq edilən xidmətlərin tənzimlənməsi qaydaları, stasionar və operatorlararası mobil rabitə xidmətləri, nömrə daşınması üzrə verilənlər bazasının qurulması və xüsusiyyətləri, "LRIC" modeli əsasında stasionar və mobil şəbəkələrdə çağırışların tariflərinin hesablanması və s. kimi məsələlər nəzərdən keçiriləcək. Həmçinin iclasın sonunda RRB-nin işçi orqanlarının, o cümlədən strukturlarının effektiv fəaliyyəti və işinin optimallaşdırılması, eyni zamanda daha da təkmilləşdirilməsi, həmçinin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul ediləcək.
Həqiqət İSABALAYEVA
Regional Rabitə Birliyinin rabitə iqtisadiyyatı üzrə komissiyasının 31-ci iclası öz işinə başlayıb
Aprelin 26-da Naxçıvan Muxtar Respublikasında Regional Rabitə Birliyinin (RRB) rabitə iqtisadiyyatı üzrə komissiyasının 31-ci iclası öz işinə başlayıb.Moldovanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təmsilçisi Eleonora Vasilakinin sədrliyi ilə keçirilən iclasda Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin rabitə sahəsi üzrə baş direktorunun müavini Natalya Zorya RRB-nin 2012-ci ildə həyata keçirdiyi tədbirlərin nəticələri ilə bağlı məlumat verib.
RRB-yə üzv olan ölkələrdə İKT sektoru üzrə reytinq göstəricilərinin ildən-ilə artdığını da vurğulayan N.Zorya Azərbaycanın ön sıralarda olduğunu qeyd edib.
Tədbirdə Azərbaycanı təmsil edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə şöbəsinin sektor müdiri Fuad Əhmədov isə ölkəmizdə İnformasiya Cəmiyyəti və İKT sektorunun inkişafının iqtisadi aspektlərindən danışaraq, ümumilikdə bu sahə üzrə görülən işlərdən, o cümlədən prioritet istiqamət olaraq, 2013-cü ilin Azərbaycanda "İKT ili" élan edilməsi, bununla bağlı görüləcək tədbirlərdən söz açıb.
Ölkəmizdə İKT sektorunun inkişaf dinamikasını əks etdirən əsas göstəriciləri də qeyd edən sektor müdiri nəzərdə tutulan və həyata keçirilən milli və regional layihələr, "Yüksək Texnologiyalar Parkı"nın yaradılması, "start-up"lara dəstək məqsədilə həyata keçiriləcək işlər, eyni zamanda vahid pəncərə sisteminin tətbiqi, elektron xidmətlər və s. sahələrdə reallaşdırılacaq tədbirləri də iclas iştirakçılarının nəzərinə çatdırıb.
Moldovanın Elektron Kommunikasiyalar və İnformasiya Texnologiyaları üzrə Milli Agentliyinin baş mütəxəssisi Basiul Petru isə iştirakçıları ölkəsinin tarif tənzimlənməsi ilə bağlı təcrübəsi ilə tanış edib.
Qeyd edək ki, hazırda RRB-yə üzv ölkələrin məruzələri və qarşılıqlı müzakirələri ilə davam edən iclasda rəqəmli yayım üzrə tətbiq edilən xidmətlərin tənzimlənməsi qaydaları, stasionar və operatorlararası mobil rabitə xidmətləri, nömrə daşınması üzrə verilənlər bazasının qurulması və xüsusiyyətləri, "LRIC" modeli əsasında stasionar və mobil şəbəkələrdə çağırışların tariflərinin hesablanması və s. kimi məsələlər nəzərdən keçiriləcək. Həmçinin iclasın sonunda RRB-nin işçi orqanlarının, o cümlədən strukturlarının effektiv fəaliyyəti və işinin optimallaşdırılması, eyni zamanda daha da təkmilləşdirilməsi, həmçinin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul ediləcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 983
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı