12px13px15px17px
Tarix:26/04/13

“Nexus”un yeni məhsulları beynəlxalq sərgidə nümayiş olunub

Azərbaycanın yeganə texnologiya brendi olan "Nexus"un yeni məhsulları - "Ultranote" noutbuku və "AzPad" planşeti "TİBO-2013" sərgisində Azərbaycan milli pavilyonununda nümayiş etdilir.

"Marja" xəbər verir ki, bu barədə "Nexus" brendinin sahibi Azərbaycanın "Ultra" şirkətinin yaydığı məlumatda deyilir. "Ultranote" noutbuku və "AzPad" planşeti ziyarət edən sərgi ziyarətçiləri arasında böyük marağa səbəb olmuşdur",-məlumatda bildirilir.

Sərginin ilk günü Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov və Belarus Respublikasının baş nazirinin müavini Anatoli Kalinin "Ultra" şirkətinin stendində olmuş, şirkətin inteqrasiya həlləri və yeni Nexus məhsulları ilə tanış olmuşlar.

"Ultra" şirkəti sərgidə "E-Təhsil" ,"E-Sənəd Dövriyyəsi", "E-imza", "E-bank", "ALİSA" Elektron Kitabxana , "Elektron Notariat" və digər inteqrasiya sistemləri ilə yanaşı ən son "Nexus" məhsullarını da nümayiş etdirir. Ən son texnologiyalar üzərində hazirlanmış həllər də izləyicilərin xüssusi marağına səbəb olub.

Qeyd edək ki, Aprelin 23-26-da Minskdə keçirilən "TİBO-2013" sərgisində 15 ölkənin 300-dən çox şirkətinin məhsulları, həmçinin bir çox nazirliklərin stendləri nümayiş olunur.

"TİBO-2013" sərgisi biznes-tərəfdaşlarla görüş və onların həllərinin nümayişini üçün meydança hesab olunur



Baxış sayı: 885

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024