12px13px15px17px
Tarix:26/04/13

Akademik Zərifə Əliyevaya həsr olunmuş sayt yeni dizaynda istifadəyə verilib

Heydər Əliyev Mərkəzi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevaya həsr olunmuş www.zarifa-aliyeva.az saytını yeni dizaynda istifadəyə verib.

Oftalmoloq alim Zərifə Əliyevanın 90 illik yubileyi ərəfəsində təqdim olunan saytda akademikin həyat və fəaliyyətini əks etdirən materiallar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də Zərifə xanımın həmkarları və dostlarının xatirələri yer alıb.

Azərbaycan, rus və ingilis dillərində hazırlanmış saytda Zərifə xanım Əliyevanı oftalmoloq, qayğıkeş həyat yoldaşı və ana kimi xarakterizə edən baza ilə tanış olmaq imkanı var.

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə hazırlanmış saytda Zərifə xanım Əliyevanın həyatının müxtəlif anları, oftalmologiya elminin inkişafındakı xidmətləri izləyicilərə foto və videomateriallarla da təqdim edilir.



Baxış sayı: 856

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024