12px13px15px17px
Tarix:27/04/13

ETSN-in daha iki xidməti “Elektron hökumət” portalı vasitəsilə istifadəyə verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daha iki xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib. "ICTnews" elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq "Meşə fondu torpaqlarından istifadə edilməsi üçün razılığın verilməsi" və "Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatın verilməsi" xidmətləri ictimaiyyətin istifadəsinə verilib.

"Meşə fondu torpaqlarından istifadə edilməsi üçün razılığın verilməsi" xidmətinin istifadəsi vətəndaşların şəxsiyyət vəsiqəsindəki PİN məlumatları əsasında mümkün olur. Vətəndaşlar nazirlik tərəfindən onlara təqdim olunan ərizə formasını doldurmaqla bu sahədə razılıq əldə edə bilərlər. Ərizə formasındakı şəxsiyyət vəsiqəsindəki məlumatlar sistem tərəfindən avtomatik olaraq qeyd edilir.

Növbəti hissələrdə vətəndaşlar fəaliyyət növünü, ünvan, telefon, elektron poçt ünvanını yazaraq, vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surətini, meşə fondu torpaqlarından istifadə edilməsi məqsədilə ərizəni, razılığın verilməsindən imtina edilmədiyi halda dövlət rüsumunun ödənilməsi haqqında təsdiq edici sənədi,meşə fondu torpaqlarından istifadə ilə bağlı müqaviləni fayl şəklində əlavə etməlidirlər.

"Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatın verilməsi" elektron xidmətindən istifadə də birinci xidmətdə olduğu kimi aparılır və müvafiq ərizə forması doldurulur. Bu ərizə formasında isə məlumatın verilməsindən imtina edilmədiyi halda dövlət rüsumunun ödənilməsi haqqında təsdiqedici sənədin, vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surətinin, həmçinin müqavilənin fayl şəklində əlavə olunması tələb olunur.

CAHANGİR



Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024