Tarix:29/04/13
"ICTnews" elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, "AXA Messenger" "AXA MBASK" mütəxəssisləri tərəfindən, şirkətin ümumi sığortaçılıq proqramı olan "Phoenix" sistemi əsasında hazırlanmış bir rəqəmsal kampaniya idarəsi (Digital Campaign Managment) moduludur. Bu modul vasitəsilə agent öz adından, öz müştərilərinə həm fərdi, həm də toplu şəkildə e-mail və ya SMS-bildirişləri vasitəsilə marketinq xəbərləri yaya bilər.
"AXA Messenger" agentlərin qeydiyyat bazası ilə onlayn rejimdə işlədiyi üçün e-mail və SMS-bildirişlər, müştəriyə mühüm hadisələr haqqında vaxtında xəbər çatdırmaq imkanı yaradacaq.
Belə ki, agentlər bu yolla sığorta ödənişinin vaxtı, sığorta müqaviləsinin başa çatması və yaxud uzadılması gününün yaxınlaşdığı barədə xatırlatmalar və bunun kimi başqa xəbərləri öz vaxtlarına uyğun çatdıra bilərlər.
Bununla yanaşı, agent SMS-bildirişlər vasitəsilə özü tərəfindən xüsusi təklif, aksiya, yeni xidmətlər bildirə, yaxud sığorta şirkətinin fəaliyyətinə dair müştəri üçün əhəmiyyətli olan başqa məlumatları ötürə bilər. Təbii ki, SMS-bildirişlər həmçinin müştərini bayram və ya şəxsi əlamətdar günləri münasibətilə təbrik etmək üçün də göndərilə bilər.
CAHANGİR
Yerli sığorta şirkəti “AXA Messenger” xidmətini işə salıb
"AXA MBASK" şirkəti yeni "AXA Messenger" adlı xidməti öz agentlərinə təqdim edir."ICTnews" elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, "AXA Messenger" "AXA MBASK" mütəxəssisləri tərəfindən, şirkətin ümumi sığortaçılıq proqramı olan "Phoenix" sistemi əsasında hazırlanmış bir rəqəmsal kampaniya idarəsi (Digital Campaign Managment) moduludur. Bu modul vasitəsilə agent öz adından, öz müştərilərinə həm fərdi, həm də toplu şəkildə e-mail və ya SMS-bildirişləri vasitəsilə marketinq xəbərləri yaya bilər.
"AXA Messenger" agentlərin qeydiyyat bazası ilə onlayn rejimdə işlədiyi üçün e-mail və SMS-bildirişlər, müştəriyə mühüm hadisələr haqqında vaxtında xəbər çatdırmaq imkanı yaradacaq.
Belə ki, agentlər bu yolla sığorta ödənişinin vaxtı, sığorta müqaviləsinin başa çatması və yaxud uzadılması gününün yaxınlaşdığı barədə xatırlatmalar və bunun kimi başqa xəbərləri öz vaxtlarına uyğun çatdıra bilərlər.
Bununla yanaşı, agent SMS-bildirişlər vasitəsilə özü tərəfindən xüsusi təklif, aksiya, yeni xidmətlər bildirə, yaxud sığorta şirkətinin fəaliyyətinə dair müştəri üçün əhəmiyyətli olan başqa məlumatları ötürə bilər. Təbii ki, SMS-bildirişlər həmçinin müştərini bayram və ya şəxsi əlamətdar günləri münasibətilə təbrik etmək üçün də göndərilə bilər.
CAHANGİR
Baxış sayı: 722
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır