12px13px15px17px
Tarix:01/05/13

“Samsung Galaxy S4” zərbəyə dözmür

"Samsung Galaxy S4" smartfonu rəqibi "iPhone 5", hətta sələfi "Galaxy S3" ilə müqayisədə tez qırılır. Bu barədə amerikanın "SquareTrade" şirkətinə istinadən "Bloomberg" agentliyi yazıb.

Qeyd edək ki, "SquareTrade" şirkəti elektronika üçün zəmanət sertifikatları satır və onları davamlılıq baxımından sınaqdan keçirir.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "SquareTrade" şirkətinin mütəxəssisləri yeni smartfonu sınaqdan keçirərək onu döşəməyə vurmuş, suya salmış və digər bu kimi hərəkətlər etmişlər.

Nəticədə "Galaxy S4" 10 ballıq şkala üzrə 7 bal toplayıb. Müqayisə üçün qeyd edək ki, "Galaxy S3" smartfonu bu testdə 6.5, "iPhone 5" isə 5 bal toplayıb. "Galaxy S4 sələfi S3 ilə müqayisədə daha yaxşı sukeçirməzlik qabiliyyəti göstərsə də, "Samsung" şirkətinin yeni smartfonu başqa kateqoriyalar üzrə heç də yaxşı nəticə göstərməyib" – "SquareTrade" şirkətindən bildirilib.

Sözügedən şirkətin nümayəndələri "SquareTrade"nin araşdırmasına münasibət bildirməyiblər.

Emil Hüseynov



Baxış sayı: 823

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024