Tarix:01/05/13
"ICTnews" elektron xəbər xidmətinə Bakı Avtomat Telefon Qovşağından (BATQ) verilən məlumata görə, hazırda paytaxtda 337 taksafon quraşdırılıb. Bunlardan 252-ni universal, 85-ni isə veb taksafonları təşkil edir.
Universal tipli taksafonlar yalnız telefon, veb taksafonlar isə həm telefon, həm də internet xidməti göstərir.
Veb taksafonları ADSL kanalı vasitəsilə internetə çıxışla təmin edilib.
Qurğudan istifadə etməklə elektron məktub göndərmək, filmlərə baxmaq, musiqiyə qulaq asmaq, elektron mağazalardan kredit kartı vasitəsilə alış-veriş etmək, Bluetooth və digər imkanlardan yaralanmaq mümkündür. İnternetdən, "Skype" xidmətindən və oyunlardan 1 dəqiqəlik istifadə üçün 2 qəpik, "Bluetooth" xidmətindən yararlanmaq üçün isə 20 qəpik ödəmək lazımdır.
Qəpiklə yanaşı taksafon kartları ilə işləyən qurğular vasitəsilə şəhərdaxili, şəhərlərarası və beynəlxalq telefon xidməti də göstərilir. Şəhərdaxili danışığın 1 dəqiqəsinin qiyməti 3 qəpik, şəhərlərarası danışığın qiyməti 7 qəpik təşkil edir. Mobil telefonlara edilən zənglər üçün 10 qəpik ödənilməlidir.
İstifadəçilərin rahatlığını təmin etmək məqsədilə taksafonlarda şəhər və rayonların kodları, operatorun tarif və xidmətləri üzrə məlumat və digər lazımi informasiyalar yerləşdirilib.
Eyni zamanda paytaxta gələn turistlərin telefon və internet xidmətindən asanlıqla yaralanması üçün bu qurğular ingilis dilində də istifadəyə imkan verir.
CAHANGİR
Veb taksafonlar – paytaxt rabitəsinin yeni stili
Yeni taksafonlar həm telefon, həm də internet xidməti göstərir Bakı şəhərində müasir tipli taksafonların quraşdırılması prosesi davam edir."ICTnews" elektron xəbər xidmətinə Bakı Avtomat Telefon Qovşağından (BATQ) verilən məlumata görə, hazırda paytaxtda 337 taksafon quraşdırılıb. Bunlardan 252-ni universal, 85-ni isə veb taksafonları təşkil edir.
Universal tipli taksafonlar yalnız telefon, veb taksafonlar isə həm telefon, həm də internet xidməti göstərir.
Veb taksafonları ADSL kanalı vasitəsilə internetə çıxışla təmin edilib.
Qurğudan istifadə etməklə elektron məktub göndərmək, filmlərə baxmaq, musiqiyə qulaq asmaq, elektron mağazalardan kredit kartı vasitəsilə alış-veriş etmək, Bluetooth və digər imkanlardan yaralanmaq mümkündür. İnternetdən, "Skype" xidmətindən və oyunlardan 1 dəqiqəlik istifadə üçün 2 qəpik, "Bluetooth" xidmətindən yararlanmaq üçün isə 20 qəpik ödəmək lazımdır.
Qəpiklə yanaşı taksafon kartları ilə işləyən qurğular vasitəsilə şəhərdaxili, şəhərlərarası və beynəlxalq telefon xidməti də göstərilir. Şəhərdaxili danışığın 1 dəqiqəsinin qiyməti 3 qəpik, şəhərlərarası danışığın qiyməti 7 qəpik təşkil edir. Mobil telefonlara edilən zənglər üçün 10 qəpik ödənilməlidir.
İstifadəçilərin rahatlığını təmin etmək məqsədilə taksafonlarda şəhər və rayonların kodları, operatorun tarif və xidmətləri üzrə məlumat və digər lazımi informasiyalar yerləşdirilib.
Eyni zamanda paytaxta gələn turistlərin telefon və internet xidmətindən asanlıqla yaralanması üçün bu qurğular ingilis dilində də istifadəyə imkan verir.
CAHANGİR
Baxış sayı: 4223
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı