Tarix:02/05/13
"ICTnews" elektron xəbər xidmətinə DQMK-dan verilən məlumata görə, səfərin əsas məqsədi dövlət qulluğuna qəbul, bu sahədə elektron xidmətlərin göstərilməsi, insan resurslarının idarə edilməsi ilə bağlı Azərbaycanın təcrübəsi ilə tanış olmaqdır. Komissiyanın əməkdaşları tərəfindən Əfqanıstan nümayəndə heyətinə mayın 1-də "Azərbaycanda dövlət qulluğu sistemi və inzibati idarəetmə", "DQMK-nın fəaliyyəti: Dövlət qulluğunda mövcud vəziyyət və perspektivlər", "Dövlət qulluğuna e-qəbul", "Komissiyanın beynəlxalq əlaqələri", "Dövlət qulluğuna dair qanunvericilik" mövzularında təqdimatlar edilib.
Təqdimatların sonunda mövzular ətrafında müzakirələr aparılıb. Daha sonra nümayəndə heyəti Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna qəbulla bağlı test imtahanlarının keçirildiyi test mərkəzi ilə də tanış olublar.
Təlimin növbəti günlərində "İnsan resurslarının idarə edilməsi", "Müsahibələrin keçirilməsi texnologiyaları" "Etik davranış qaydaları: anlayışı və mahiyyəti", "Səlahiyyətlərin bölgüsü-idarəetmə aləti kimi", "Qəbulla bağlı tələbləri necə müəyyənləşdirməli", "Vaxtın idarə edilməsi" mövzularında təqdimatlar ediləcək.
CAHANGİR
Əfqanıstan nümayəndə heyəti dövlət qulluğu sahəsində e-xidmətlərin göstərilməsi ilə bağlı Azərbaycan təcrübəsi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın BMT İnkişaf Proqramı (UNDP) ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Əfqanıstanın Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının 13 nəfərdən ibarət nümayəndə heyəti növbəti dəfə ölkəmizə rəsmi səfərə gəlib."ICTnews" elektron xəbər xidmətinə DQMK-dan verilən məlumata görə, səfərin əsas məqsədi dövlət qulluğuna qəbul, bu sahədə elektron xidmətlərin göstərilməsi, insan resurslarının idarə edilməsi ilə bağlı Azərbaycanın təcrübəsi ilə tanış olmaqdır. Komissiyanın əməkdaşları tərəfindən Əfqanıstan nümayəndə heyətinə mayın 1-də "Azərbaycanda dövlət qulluğu sistemi və inzibati idarəetmə", "DQMK-nın fəaliyyəti: Dövlət qulluğunda mövcud vəziyyət və perspektivlər", "Dövlət qulluğuna e-qəbul", "Komissiyanın beynəlxalq əlaqələri", "Dövlət qulluğuna dair qanunvericilik" mövzularında təqdimatlar edilib.
Təqdimatların sonunda mövzular ətrafında müzakirələr aparılıb. Daha sonra nümayəndə heyəti Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna qəbulla bağlı test imtahanlarının keçirildiyi test mərkəzi ilə də tanış olublar.
Təlimin növbəti günlərində "İnsan resurslarının idarə edilməsi", "Müsahibələrin keçirilməsi texnologiyaları" "Etik davranış qaydaları: anlayışı və mahiyyəti", "Səlahiyyətlərin bölgüsü-idarəetmə aləti kimi", "Qəbulla bağlı tələbləri necə müəyyənləşdirməli", "Vaxtın idarə edilməsi" mövzularında təqdimatlar ediləcək.
CAHANGİR
Baxış sayı: 772
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır