Tarix:02/05/13
“Azərkosmos”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, təqdimatda Azərbaycanda kosmik sahənin və peyk sənayesinin inkişafı ilə əlaqədar “Azərkosmos” tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı, tələbələrin ixtisas sahəsi və maraq dairəsi nəzərə alınaraq “Azerspace-1” peykinin üstün texniki xüsusiyyətləri və geniş texnoloji imkanları, habelə 2015-ci ildə orbitə buraxılması planlaşdırılan aşağıorbitli peykin ölkəmizdəki tətbiq sahələri barədə ətraflı texniki məlumatlar yer alıb.
Tədbirdə iştirak edən müəllim və tələbələrin dünya peyk sənayesi və Azərbaycanın peyk layihələri ilə bağlı çoxsaylı sualları gənc peyk mütəxəssisləri tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Daha öncə Bakı Dövlət Universiteti və Dövlət Neft Akademiyası kimi ali təhsil müəssisələrində də təşkil olunmuş bu kimi müzakirə xarakterli tədbirlər “Azərkosmos”un ölkədə kosmik sahə üzrə ümumi məlumatlılığın və marağın artırılması, gənclər arasında elm tutumlu, innovativ sahələrə və kosmik texnologiyalara intellektual yanaşmanın təbliğ və təşviq edilməsi planlarının, habelə sosial məsuliyyət tədbirlərinin tərkib hissəsi olaraq həyata keçirilir.
Aynur Vəliyeva
“Azərkosmos” Azərbaycan Dövlət Pedaqoji Universitetində təqdimat keçirib
“Azərkosmos” ASC-nin Aşağıorbitli peyk sistemlərinin inkişafı şöbəsinin mütəxəssisləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin müəllim və tələbə heyəti qarşısında “Azərkosmos”un fəaliyyətini və peyk layihələrinə dair ətraflı məlumatları əks etdirən geniş təqdimatla çıxış ediblər.“Azərkosmos”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, təqdimatda Azərbaycanda kosmik sahənin və peyk sənayesinin inkişafı ilə əlaqədar “Azərkosmos” tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı, tələbələrin ixtisas sahəsi və maraq dairəsi nəzərə alınaraq “Azerspace-1” peykinin üstün texniki xüsusiyyətləri və geniş texnoloji imkanları, habelə 2015-ci ildə orbitə buraxılması planlaşdırılan aşağıorbitli peykin ölkəmizdəki tətbiq sahələri barədə ətraflı texniki məlumatlar yer alıb.
Tədbirdə iştirak edən müəllim və tələbələrin dünya peyk sənayesi və Azərbaycanın peyk layihələri ilə bağlı çoxsaylı sualları gənc peyk mütəxəssisləri tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Daha öncə Bakı Dövlət Universiteti və Dövlət Neft Akademiyası kimi ali təhsil müəssisələrində də təşkil olunmuş bu kimi müzakirə xarakterli tədbirlər “Azərkosmos”un ölkədə kosmik sahə üzrə ümumi məlumatlılığın və marağın artırılması, gənclər arasında elm tutumlu, innovativ sahələrə və kosmik texnologiyalara intellektual yanaşmanın təbliğ və təşviq edilməsi planlarının, habelə sosial məsuliyyət tədbirlərinin tərkib hissəsi olaraq həyata keçirilir.
Aynur Vəliyeva
Baxış sayı: 1057
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı