Tarix:02/05/13
O bildirib ki, qısa vaxt çərçivəsində ölkədə “elektron hökumət” quruculuğunda əldə olunan nəticələr sevindiricidir. İTİ direktorunun sözlərinə görə, e-hökumət elə bir fəaliyyətdir ki, onun hər zaman yenilənməsinə, inkişaf etdirilməsinə ehtiyac var. Rəhbərlik etdiyi institutun “elektron hökumət” quruculuğuna elmi dəstək verdiyini vurğulayan R.Əliquliyev əlavə edib ki, ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən tədbirlər və əldə olunan uğurlar gənc nəsli də bu istiqamətdə təhsil almağa sövq edir.
Onun sözlərinə görə, hazırda informasiya texnologiyası sahəsində təhsil almağa maraq artıb. İnformasiya-kommunikasiya texnologiyalarını dünyanın əksər ölkələrinin prioritet elan etməsi və onun dinamik inkişaf edən, gəlirli sahə olması gəncləri də özünə cəlb edir:
«Bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada informasiya texnologiyaları üzrə yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların, xüsusən də kompüter və proqram təminatı mühəndislərinin hazırlanmasına böyük tələbat var. Gənclər görür ki, bu tələbatları doldurmaq üçün dövlət onlara çox böyük imkanlar yaradıb».
SEYMUR
Rasim Əliquliyev: «Qısa vaxt çərçivəsində ölkədə “elektron hökumət” quruculuğunda əldə olunan nəticələr sevindiricidir»
«Azərbaycanda “elektron hökumət” layihəsi çox uğurla həyata keçirildi və bu istiqamətdə aparılan işlər davam etdirilir». "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru Rasim Əliquliyev söyləyib.O bildirib ki, qısa vaxt çərçivəsində ölkədə “elektron hökumət” quruculuğunda əldə olunan nəticələr sevindiricidir. İTİ direktorunun sözlərinə görə, e-hökumət elə bir fəaliyyətdir ki, onun hər zaman yenilənməsinə, inkişaf etdirilməsinə ehtiyac var. Rəhbərlik etdiyi institutun “elektron hökumət” quruculuğuna elmi dəstək verdiyini vurğulayan R.Əliquliyev əlavə edib ki, ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən tədbirlər və əldə olunan uğurlar gənc nəsli də bu istiqamətdə təhsil almağa sövq edir.
Onun sözlərinə görə, hazırda informasiya texnologiyası sahəsində təhsil almağa maraq artıb. İnformasiya-kommunikasiya texnologiyalarını dünyanın əksər ölkələrinin prioritet elan etməsi və onun dinamik inkişaf edən, gəlirli sahə olması gəncləri də özünə cəlb edir:
«Bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada informasiya texnologiyaları üzrə yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların, xüsusən də kompüter və proqram təminatı mühəndislərinin hazırlanmasına böyük tələbat var. Gənclər görür ki, bu tələbatları doldurmaq üçün dövlət onlara çox böyük imkanlar yaradıb».
SEYMUR
Baxış sayı: 879
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır