Tarix:02/05/13
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, Heyns iki ildən artıqdır ki, "BlackBerry" şirkətinə rəhbərlik edir və məhz bu vaxt ərzində "BlackBerry10" əməliyyat sistemi və həmçinin onun əsasında tərtib edilən ilk iki smartfon təqdim edilib. Öncə "BlackBerry" şirkəti "PlayBook" internet-planşeti istehsal edirdi. Şirkət onların satışa çıxarıldığı müddət ərzində hətta bir milyon planşet satmayıb.
"Hesab edirəm ki, beş ildən sonra artıq planşet götürmək üçün bir səbəb qalmayacaq. Böyük ekran sizinlə həm evdə, həm də işdə olacaq, yolda isə böyüdülmüş ekranla və planşet imkanları ilə təchiz edilmiş smartfonlardan istifadə edəcəksiniz. Planşet özü-özlüyündə pis biznes-modeldir, onlar çox bahadır və onlar üçün nəzərdə tutulmuş proqramlar bahadır, planşet istehsalçılarının sayı isə məntiqi sərhədləri keçib. Buna görə də mən "BlackBerry"-ni mobil komputinq sahəsində sözsüz lider kimi görürəm və biz bazarın elə payını əldə etmək istəyirik ki, dəbi biz müəyyən edək", - deyə Heyns bildirib.
Şirkət bu il "BlaskBerry10" əsasında daha iki smartfon təqdim etmək niyyətindədir, onlar öncə buraxılmış "Z10" və "Q10" modellərinə əlavə olunacaqlar.
Aynur Vəliyeva
“BlackBerry”-nin rəhbəri: beş ildən sonra planşetlər lazımsız əşyaya çevriləcək
"BlackBerry" şirkətinin baş direktoru Torsten Heyns beş ildən sonra internet-planşetlərin "ölümü"nü proqnozlaşdırıb. Onun qənaətincə, rəhbəri olduğu şirkəti isə mobil sənaye sayəsində dəb yaradıcısı olacaq."ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, Heyns iki ildən artıqdır ki, "BlackBerry" şirkətinə rəhbərlik edir və məhz bu vaxt ərzində "BlackBerry10" əməliyyat sistemi və həmçinin onun əsasında tərtib edilən ilk iki smartfon təqdim edilib. Öncə "BlackBerry" şirkəti "PlayBook" internet-planşeti istehsal edirdi. Şirkət onların satışa çıxarıldığı müddət ərzində hətta bir milyon planşet satmayıb.
"Hesab edirəm ki, beş ildən sonra artıq planşet götürmək üçün bir səbəb qalmayacaq. Böyük ekran sizinlə həm evdə, həm də işdə olacaq, yolda isə böyüdülmüş ekranla və planşet imkanları ilə təchiz edilmiş smartfonlardan istifadə edəcəksiniz. Planşet özü-özlüyündə pis biznes-modeldir, onlar çox bahadır və onlar üçün nəzərdə tutulmuş proqramlar bahadır, planşet istehsalçılarının sayı isə məntiqi sərhədləri keçib. Buna görə də mən "BlackBerry"-ni mobil komputinq sahəsində sözsüz lider kimi görürəm və biz bazarın elə payını əldə etmək istəyirik ki, dəbi biz müəyyən edək", - deyə Heyns bildirib.
Şirkət bu il "BlaskBerry10" əsasında daha iki smartfon təqdim etmək niyyətindədir, onlar öncə buraxılmış "Z10" və "Q10" modellərinə əlavə olunacaqlar.
Aynur Vəliyeva
Baxış sayı: 856
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır