Tarix:03/05/13
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, ekspertlər internet-planşetlərin əsas bazarında yüksək artım tempinin olduğunu bildirib. "IDC" şirkətinin məlumatına əsasən, bu ilin birinci rübündə cəmi 200 min "Windows RT" əsasında tərtib edilmiş internet planşet satılıb. Bir rüb öncə isə bu əməliyyat sistemi əsasında tərtib edilmiş qurğular 900 min təşkil edib.
Xatırladaq ki, "Microsoft" şirkəti "Windows RT"-ni bu ilin oktyabr ayında "Surface" internet-planşetlər xətti ilə eyni vaxtda buraxıb. Hazırda bazarda "Microsoft Surface" ilə yanaşı, daha iki digər istehsalçıların "Windows RT" əsasında modelləri var. Bu əməliyyat sisteminin xüsusiyyəti ondan ibarətdir ki, o "Windows" ailəsinin, "x86" çipləri əsasında işləməyən ilk əməliyyat sistemi olub.
Bu ilin yanvar ayında "Microsoft" şirkəti "Windows 8" əsasında daha bahalı və mükəmməl "Surface Pro" planşetlər xəttini buraxıb. "IDC"-nin məlumatına əsasən, "Windows 8" əsasında planşetlərin satış həcmi bu ilin birinci rübündə 700 min qurğu təşkil edib, lakin burada qeyd etmək vacibdir ki, onların hamısı "Surface Pro" deyil. "Windows 8" əsasında planşet həlləri digər istehsalçılar da təqdim edirlər.
"Toshiba" şirkəti bu günlərdə "Windows 8" əsasında LTE rabitəsini dəstəkləyən "WT310" internet-planşetini təqdim edib. "Toshiba"da devaysın qiyməti haqda heç nə bildirməyiblər, lakin məlumdur ki, planşet 11,6 düym diaqonallı ekranla, üç USB port ilə, micro-HDMI və "Bluetooth" ilə təchiz edilib və 4SD-kart dəstəkləyir. Planşet dünya bazarına iyun ayında təqdim ediləcək.
"IDC" bildirib ki, birinci rübdə cəmi 49,2 milyon internet-planşet satılıb. Hazırda planşetlərin ən iri təchizatçısı "Apple" şirkəti qalır, lakin "Samsung" 18% bazar payı ilə "iPad" istehsalçısını təqib edir. "Microsoft"un payı cəmi 1,8% təşkil edir.
Aynur Vəliyeva
İnternet-planşet bazarı sürətlə inkişaf edir
"IDC" şirkətinin analitikləri yeni "Windows RT" əməliyyat sisteminin və onun əsasında yaradılmış qurğuların zəif satış göstəriciləri nümayiş etdirdiyini qeyd ediblər."ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, ekspertlər internet-planşetlərin əsas bazarında yüksək artım tempinin olduğunu bildirib. "IDC" şirkətinin məlumatına əsasən, bu ilin birinci rübündə cəmi 200 min "Windows RT" əsasında tərtib edilmiş internet planşet satılıb. Bir rüb öncə isə bu əməliyyat sistemi əsasında tərtib edilmiş qurğular 900 min təşkil edib.
Xatırladaq ki, "Microsoft" şirkəti "Windows RT"-ni bu ilin oktyabr ayında "Surface" internet-planşetlər xətti ilə eyni vaxtda buraxıb. Hazırda bazarda "Microsoft Surface" ilə yanaşı, daha iki digər istehsalçıların "Windows RT" əsasında modelləri var. Bu əməliyyat sisteminin xüsusiyyəti ondan ibarətdir ki, o "Windows" ailəsinin, "x86" çipləri əsasında işləməyən ilk əməliyyat sistemi olub.
Bu ilin yanvar ayında "Microsoft" şirkəti "Windows 8" əsasında daha bahalı və mükəmməl "Surface Pro" planşetlər xəttini buraxıb. "IDC"-nin məlumatına əsasən, "Windows 8" əsasında planşetlərin satış həcmi bu ilin birinci rübündə 700 min qurğu təşkil edib, lakin burada qeyd etmək vacibdir ki, onların hamısı "Surface Pro" deyil. "Windows 8" əsasında planşet həlləri digər istehsalçılar da təqdim edirlər.
"Toshiba" şirkəti bu günlərdə "Windows 8" əsasında LTE rabitəsini dəstəkləyən "WT310" internet-planşetini təqdim edib. "Toshiba"da devaysın qiyməti haqda heç nə bildirməyiblər, lakin məlumdur ki, planşet 11,6 düym diaqonallı ekranla, üç USB port ilə, micro-HDMI və "Bluetooth" ilə təchiz edilib və 4SD-kart dəstəkləyir. Planşet dünya bazarına iyun ayında təqdim ediləcək.
"IDC" bildirib ki, birinci rübdə cəmi 49,2 milyon internet-planşet satılıb. Hazırda planşetlərin ən iri təchizatçısı "Apple" şirkəti qalır, lakin "Samsung" 18% bazar payı ilə "iPad" istehsalçısını təqib edir. "Microsoft"un payı cəmi 1,8% təşkil edir.
Aynur Vəliyeva
Baxış sayı: 1894
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır