12px13px15px17px
Tarix:03/05/13

Peşəkar sosial şəbəkəsi məyus olub

“LinkedIn” peşəkar sosial şəbəkəsi bu gün bəyan edib ki, şirkətin heyətinin sayının artması, həmçinin server, proqram təminatı və proqram həllərinə yatırılan sərmayələr fonunda onun daxili xərcləri də artır. Buna görə bu il onun inkişafı bir qədər zəifləyə bilər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, ötən gün səhər “LinkedIn” sosial şəbəkəsinin səhmlərinin qiyməti ilk dəfə olaraq 200 dolları ötüb. Lakin şirkət mənfi proqnoz elan etdikdən sonra səhmlərin qiyməti 10% azalaraq 181,22 dollar olub.

Şirkətin hesabatına əsasən, hazırda onun istifadəçi bazası təxminən 225 milyondur. Xatırladaq ki, ötən rüb bu göstərici 202 milyon olub. “LinkedIn” sosial şəbəkəsinin baş direktoru Ceff Veyner qeyd edib ki, şirkət müxtəlif kontent əlavə etməklə, ixtisaslaşdırılmış onlayn layihə və digər mexanizmlər işə salmaqla sonrakı inkişafını təmin etmək niyyətindədir. Veyner, həmçinin deyib ki, bütün bunlara baxmayaraq, “LinkedIn” gələcəkdə də peşəkar istiqamətini qoruyub saxlayaraq digər sosial şəbəkələrdən fərqlənəcək.

Birinci rübdə şirkətin xalis mənfəəti 22.6 milyon dollar olub. Müqayisə üçün, ötən il bu göstərici 5 milyon dollar idi. Sözügedən sosial şəbəkənin satışlarının həcmi 72% artaraq 325 milyon dollar təşkil edib.

Emil Hüseynov



Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024