Tarix:03/05/13
Elektron təhlükəsizliyi mərkəzinin rəhbəri və "*.az" domeni administratoru Faiq Fərmanovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda bu sistemin infrastrukturu testləşdirilir. «Bu xidmətlərin təqdim olunması üçün lazım olan keyfiyyətli və dayanıqlı platforma yaradılıb və hazırda biz onu testləşdiririk. Eyni zamanda domenlərin onlayn qeydiyyatı və ödənişinin təşkil edilməsi üçün biz "Azericard" və "GoldenPay" şirkətlərinin sistemlərinə öz sistemimizi qoşuruq və beynəlxalq ödəniş sistemlərinin informasiya təhlükəsizliyi standartlarına uyğun fəaliyyətimizi qururuq",- deyə F. Fərmanov bildirib.
F. Fərmanovun sözlərinə əsasən, yaxın zamanda bu istiqamətdə işlər başa çatmalıdır. "Yeni sistemin tətbiqi, potensial istifadəçilərə domen qeydiyyatçısının saytından, ətraflı izahatla, hətta təcrübəsiz istifadəçilərə elektron formanı doldurmağa imkan yaradacaq. Bununla yanaşı, biz şəxsi domeni idarə etmək üçün nəzarət paneli təqdim edəcəyik və paralel olaraq mövcud istifadəçilər öz domenlərini müstəqil şəkildə, tələb olunan parolu və loqini istifadə edərək yeni sistemə keçirəcəklər".
Hazırda domen administratorunun "www.whois.az" rəsmi saytında, "*.az" domeninin qeydiyyatı ilə bağlı müraciətləri operativ cavablandırmaq məqsədi ilə "info@domain.az" elektron poçt ünvanı fəaliyyət göstərir. Yeni yaradılan onlayn qeydiyyat sistemi isə "www.online.az" testləşdirmə mərhələsindədir.
Aynur Vəliyeva
Azərbaycanın “*.az” domen zonasında yaradılan onlayn qeydiyyat sistemi test mərhələsini keçir
Azərbaycanda yaxın zamanda "*.az" domen zonasında onlayn qeydiyyat və nağdsız ödəniş sistemi istifadəyə veriləcək.Elektron təhlükəsizliyi mərkəzinin rəhbəri və "*.az" domeni administratoru Faiq Fərmanovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda bu sistemin infrastrukturu testləşdirilir. «Bu xidmətlərin təqdim olunması üçün lazım olan keyfiyyətli və dayanıqlı platforma yaradılıb və hazırda biz onu testləşdiririk. Eyni zamanda domenlərin onlayn qeydiyyatı və ödənişinin təşkil edilməsi üçün biz "Azericard" və "GoldenPay" şirkətlərinin sistemlərinə öz sistemimizi qoşuruq və beynəlxalq ödəniş sistemlərinin informasiya təhlükəsizliyi standartlarına uyğun fəaliyyətimizi qururuq",- deyə F. Fərmanov bildirib.
F. Fərmanovun sözlərinə əsasən, yaxın zamanda bu istiqamətdə işlər başa çatmalıdır. "Yeni sistemin tətbiqi, potensial istifadəçilərə domen qeydiyyatçısının saytından, ətraflı izahatla, hətta təcrübəsiz istifadəçilərə elektron formanı doldurmağa imkan yaradacaq. Bununla yanaşı, biz şəxsi domeni idarə etmək üçün nəzarət paneli təqdim edəcəyik və paralel olaraq mövcud istifadəçilər öz domenlərini müstəqil şəkildə, tələb olunan parolu və loqini istifadə edərək yeni sistemə keçirəcəklər".
Hazırda domen administratorunun "www.whois.az" rəsmi saytında, "*.az" domeninin qeydiyyatı ilə bağlı müraciətləri operativ cavablandırmaq məqsədi ilə "info@domain.az" elektron poçt ünvanı fəaliyyət göstərir. Yeni yaradılan onlayn qeydiyyat sistemi isə "www.online.az" testləşdirmə mərhələsindədir.
Aynur Vəliyeva
Baxış sayı: 1532
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib