Tarix:06/05/13
"Bu gün internet yalnız kütləvi informasiya vasitəsi (KİV) kimi xidmət göstərmir. İnternetdə KİV-in payı bəlkə də 5 faizdən aşağıdır. İnternet böyük iqtisadi, işgüzarlıq məkanı, təhsil, bankçılıq, səhiyyə, maliyyə və s. kimi xidmətlər verən böyük sistem, şəbəkədir. Burada böyük ticarət, biznes əməliyyatları aparılır, internet böyük rabitə sistemidir. Ümumiyyətlə, internet üzərindən insanların şərəf və ləyaqətinə toxunulması, onların təhqir olunması son zamanlar yalnız bizim ölkədə deyil, internetin sürətlə inkişaf etdiyi bütün dünya ölkələrində yayılmaqdadır. Bu səbəbdən də insanların hüququnun, işgüzarlıq, biznes kommersiya fəaliyyətinin, ümumiyyətlə, internet üzərindən mühafizəsi vacib olan bütün atributların qorunması üçün beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də internetin hüquqi bazasının inkişafına böyük ehtiyac var".
Bu məsələ xüsusən də sosial şəbəkə istifadəçilərinin internetdən istifadə qaydalarına riayət etməməsi ilə gündəmə gəlir:
"Bəzi istifadəçilər sosial şəbəkədə bir-birlərini təhqir edir, hətta cinayətlər törədirlər. Son zamanların ortaya çıxan statistikasına əsasən, hətta bəzi ölkələrdə boşanma hallarının 50-10 faiz artmasının səbəbləri sosial şəbəkələrdə aparılan xoşagəlməz fəaliyyətlə bağlıdır. Ona görə də internet mühitinin insanların şərəf və ləyaqətinin qorunması ilə bağlı yalnız KİV vasitələri haqda qanunla qorunması kifayət etmir. Beynəlxalq təcrübədə olduğu kimi, Azərbaycanda da bu istiqamətdə hüquqi bazanın, internetdə maddi, mənəvi, əxlaqi, hərbi məlumatların qorunması üçün bir çox addımların atılmasına ehtiyac var".
HƏQİQƏT
Əli Abbasov : “İnternetin hüquqi bazasının inkişafına böyük ehtiyac var”
Bütün dünyada olduğu kimi, Azərbaycanda da internetin hüquqi bazasının inkişafına böyük ehtiyac var. Bu fikri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, bu zərurət internetin müxtəlif fəaliyyət növlərini cəmləşdirməsindən irəli gəlir:"Bu gün internet yalnız kütləvi informasiya vasitəsi (KİV) kimi xidmət göstərmir. İnternetdə KİV-in payı bəlkə də 5 faizdən aşağıdır. İnternet böyük iqtisadi, işgüzarlıq məkanı, təhsil, bankçılıq, səhiyyə, maliyyə və s. kimi xidmətlər verən böyük sistem, şəbəkədir. Burada böyük ticarət, biznes əməliyyatları aparılır, internet böyük rabitə sistemidir. Ümumiyyətlə, internet üzərindən insanların şərəf və ləyaqətinə toxunulması, onların təhqir olunması son zamanlar yalnız bizim ölkədə deyil, internetin sürətlə inkişaf etdiyi bütün dünya ölkələrində yayılmaqdadır. Bu səbəbdən də insanların hüququnun, işgüzarlıq, biznes kommersiya fəaliyyətinin, ümumiyyətlə, internet üzərindən mühafizəsi vacib olan bütün atributların qorunması üçün beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də internetin hüquqi bazasının inkişafına böyük ehtiyac var".
Bu məsələ xüsusən də sosial şəbəkə istifadəçilərinin internetdən istifadə qaydalarına riayət etməməsi ilə gündəmə gəlir:
"Bəzi istifadəçilər sosial şəbəkədə bir-birlərini təhqir edir, hətta cinayətlər törədirlər. Son zamanların ortaya çıxan statistikasına əsasən, hətta bəzi ölkələrdə boşanma hallarının 50-10 faiz artmasının səbəbləri sosial şəbəkələrdə aparılan xoşagəlməz fəaliyyətlə bağlıdır. Ona görə də internet mühitinin insanların şərəf və ləyaqətinin qorunması ilə bağlı yalnız KİV vasitələri haqda qanunla qorunması kifayət etmir. Beynəlxalq təcrübədə olduğu kimi, Azərbaycanda da bu istiqamətdə hüquqi bazanın, internetdə maddi, mənəvi, əxlaqi, hərbi məlumatların qorunması üçün bir çox addımların atılmasına ehtiyac var".
HƏQİQƏT
Baxış sayı: 884
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib