Tarix:06/05/13
"Azərkosmos"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, ümummilli liderin dərin mənəvi ideyalara və humanist prinsiplərə əsaslanan fəaliyyətinə sadiqlik və hörmət əlaməti olaraq həyata keçirilən aksiya hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə köməklik məqsədilə Mərkəzi Qan Bankının təşkilatçılığı ilə həyata keçirilib.
Bu sosial məsuliyyət tədbiri öz ictimai-mədəni fəaliyyətində hər zaman vətəndaşlıq məsuliyyətini yüksək insani dəyərlər və xeyirxah amallarla təbliğ edən Heydər Əliyevin miras qoyduğu ənənənin davamı kimi ulu öndərin əziz xatirəsinə həsr olunub.
Ölkəmizdə bir çox digər sahələrdə olduğu kimi, kosmik sənayenin öyrənilməsi və bu sahədə tədqiqatların aparılması, habelə kosmik sahə üzrə elmi-iqtisadi və maddi-texniki bazanın yaradılması işinə də Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qəbul olunan mühüm qərarlar təkan vermişdir.
Bu uzaqgörən siyasətin məntiqi nəticəsidir ki, ölkəmizdə texnologiya tutumlu sahələrin yeni təşəkkül tapmasına və peyk sənayesinin yaradılması işinə son illərdə başlanılmasına baxmayaraq, "Azərkosmos" ASC fəaliyyət göstərdiyi qısa müddət ərzində işçi heyətinə yüksəkixtisaslı kadrlar cəlb edərək, onların peyk sahəsi üzrə inkişaf etmiş təcrübəyə malik müxtəlif xarici ölkələrdə mütəmadi olaraq təlimlər və kurslarda iştirakını təmin edə bilmişdir.
Əlamətdar haldır ki, yenicə kommersiya fəaliyyətinə başlayan ilk peykimiz hazırda tamamilə azərbaycanlı peyk mühəndisləri tərəfindən idarə olunmaqdadır. 2015 və 2016-cı illərdə orbitə buraxılacaq növbəti iki peykimizin idarəsinin də yerli mütəxəssislər tərəfindən həyata keçiriləcək olması vaxtilə Heydər Əliyev tərəfindən yürüdülən siyasətin mərkəzində dayanan insan faktoru, insan kapitalına qoyulan sərmayələr prinsipinin müstəqillik dövründə də davam etdirildiyinin bariz nümunəsidir.
“Azərkosmos”da Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə "Azərkosmos" ASC tərəfindən keçirilən tədbirlər çərçivəsində təşkilatda hər il ulu öndərin doğum günü ərəfəsində keçirilən ənənəvi qanvermə aksiyası bu dəfə daha geniş miqyasda keçirilib."Azərkosmos"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, ümummilli liderin dərin mənəvi ideyalara və humanist prinsiplərə əsaslanan fəaliyyətinə sadiqlik və hörmət əlaməti olaraq həyata keçirilən aksiya hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə köməklik məqsədilə Mərkəzi Qan Bankının təşkilatçılığı ilə həyata keçirilib.
Bu sosial məsuliyyət tədbiri öz ictimai-mədəni fəaliyyətində hər zaman vətəndaşlıq məsuliyyətini yüksək insani dəyərlər və xeyirxah amallarla təbliğ edən Heydər Əliyevin miras qoyduğu ənənənin davamı kimi ulu öndərin əziz xatirəsinə həsr olunub.
Ölkəmizdə bir çox digər sahələrdə olduğu kimi, kosmik sənayenin öyrənilməsi və bu sahədə tədqiqatların aparılması, habelə kosmik sahə üzrə elmi-iqtisadi və maddi-texniki bazanın yaradılması işinə də Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qəbul olunan mühüm qərarlar təkan vermişdir.
Bu uzaqgörən siyasətin məntiqi nəticəsidir ki, ölkəmizdə texnologiya tutumlu sahələrin yeni təşəkkül tapmasına və peyk sənayesinin yaradılması işinə son illərdə başlanılmasına baxmayaraq, "Azərkosmos" ASC fəaliyyət göstərdiyi qısa müddət ərzində işçi heyətinə yüksəkixtisaslı kadrlar cəlb edərək, onların peyk sahəsi üzrə inkişaf etmiş təcrübəyə malik müxtəlif xarici ölkələrdə mütəmadi olaraq təlimlər və kurslarda iştirakını təmin edə bilmişdir.
Əlamətdar haldır ki, yenicə kommersiya fəaliyyətinə başlayan ilk peykimiz hazırda tamamilə azərbaycanlı peyk mühəndisləri tərəfindən idarə olunmaqdadır. 2015 və 2016-cı illərdə orbitə buraxılacaq növbəti iki peykimizin idarəsinin də yerli mütəxəssislər tərəfindən həyata keçiriləcək olması vaxtilə Heydər Əliyev tərəfindən yürüdülən siyasətin mərkəzində dayanan insan faktoru, insan kapitalına qoyulan sərmayələr prinsipinin müstəqillik dövründə də davam etdirildiyinin bariz nümunəsidir.
Baxış sayı: 813
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı