Tarix:06/05/13
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə söyləyib. Nazir müavini Qəbələ şəhərində "e-Hökumət: Gömrük sahəsində innovasiyalar" mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda çıxış edərkən qeyd edib ki, Azərbaycanda gömrük sahəsində "Elektron hökumət" layihəsi sahəsində işlər uğurla davam etdirilir.
O əlavə edib ki, ölkədə İKT potensialını gücləndirmək üçün Azərbaycanda İnformasiya Texnologiyaları Fondu təsis edilib və bu fondun da təyinatı Azərbaycan şirkətlərinə qrant və kredit yolu ilə dəstək, eyni zamanda, ölkədə fəaliyyət göstərən xarici şirkətlərə də layihələrdə birgə iştirak şəraitinin yaradılmasından ibarətdir:
"Həmçinin Azərbaycanda xüsusi "Yüksək Texnologiyalar Parkı"nın yaradılması planlaşdırılır. Təqribən 30 hektar ərazini əhatə edəcək bir məkanda ən qabaqcıl texnologiyaların istehsalının təşkil edilməsi, elmi tədqiqatların aparılması və s. nəzərdə tutulur".
İKT sahəsində kadr potensialını təmin etmək üçün beynəlxalq səviyyəli İnformasiya Texnologiyaları Universitetinin yaradılması barədə də qərar qəbul edildiyini önə çəkən E.Vəlizadə xatırladıb ki, bu ildən sözügedən universitetə ilkin tələbə qəbulu həyata keçiriləcək.
SEYMUR
Elmir Vəlizadə: «Azərbaycanda 30 hektar ərazisi olan texnopark yaradılacaq»
"Azərbaycan Prezidenti İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının tərəqqisinə xüsusi diqqət yetirir. Qeyri-neft sektorunda bu sahə ən prioritet sahələrdən biri sayılır və "Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası"nda İTK-nın inkişafı xüsusi nəzərdə tutulub. Dövlət başçısının bu sahəyə böyük diqqəti nəticəsində ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf edir"."ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə söyləyib. Nazir müavini Qəbələ şəhərində "e-Hökumət: Gömrük sahəsində innovasiyalar" mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda çıxış edərkən qeyd edib ki, Azərbaycanda gömrük sahəsində "Elektron hökumət" layihəsi sahəsində işlər uğurla davam etdirilir.
O əlavə edib ki, ölkədə İKT potensialını gücləndirmək üçün Azərbaycanda İnformasiya Texnologiyaları Fondu təsis edilib və bu fondun da təyinatı Azərbaycan şirkətlərinə qrant və kredit yolu ilə dəstək, eyni zamanda, ölkədə fəaliyyət göstərən xarici şirkətlərə də layihələrdə birgə iştirak şəraitinin yaradılmasından ibarətdir:
"Həmçinin Azərbaycanda xüsusi "Yüksək Texnologiyalar Parkı"nın yaradılması planlaşdırılır. Təqribən 30 hektar ərazini əhatə edəcək bir məkanda ən qabaqcıl texnologiyaların istehsalının təşkil edilməsi, elmi tədqiqatların aparılması və s. nəzərdə tutulur".
İKT sahəsində kadr potensialını təmin etmək üçün beynəlxalq səviyyəli İnformasiya Texnologiyaları Universitetinin yaradılması barədə də qərar qəbul edildiyini önə çəkən E.Vəlizadə xatırladıb ki, bu ildən sözügedən universitetə ilkin tələbə qəbulu həyata keçiriləcək.
SEYMUR
Baxış sayı: 1025
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır