Tarix:06/05/13
Mərkəzin rəhbəri Osman Gündüzün "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, təlimlər mərkəz tərəfindən "Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək" layihəsi çərçivəsində keçirilib. Təlimlərdə 30 orta məktəb və liseylərdən 42 nəfərədək müxtəlif fənn müəllimləri iştirak edib. Bir həftə davam edən təlimlərdə müəllimlərə internet texnologiyalarından, xüsusilə Veb 2.0 texnologiyalarından və sosial servislərdən tədris prosesində effektiv istifadə üsullarını əhatə edən mövzular üzrə təlimlər keçirilib.
Təlimlərin yekununda müəllimlər sosial internetdən təhsil məqsədləri üçün səmərəli istifadə qaydaları, bloqların yaradılması və tədris imkanlarının üzə çıxarılması yolları, real vaxtda müxtəlif istifadəçilərin birlikdə fəaliyyətinə imkan verən sosial servislərdən istifadə qaydaları, təhsil məqsədləri üçün əhəmiyyət kəsb edən mobil texnologiyalar, uşaqların internetdə təhlükəsizliyi və s. mövzular üzrə bilik və bacarıqlar əldə ediblər. İştirakçılar təhsil yönümlü konkret audio və videoalətlər, təqdimat alətləri, kollektiv redaktə alətləri, mobil tətbiqlər üzrə praktiki tapşırıqlar yerinə yetiriblər. Təlimlərin yekununda müəllimlər konkret mövzular üzrə hazırladıqları resursları nümayiş etdiriblər.
Təlimlər təhsil və yeni media sahəsində ekspertlər Ramil Süleymanov, Aygün Əzizova, Rahilə Əliyarzadə, Almaz Həsrət, Rəşad Əliyev, Azər Nəzərov və Osman Gündüz tərəfindən aparılıb. Təlimləri uğurla başa vuran 39 nəfər müəllimə sertifikatlar təqdim edilib.
Gələcəkdə layihənin Bakı şəhəri və regionlar üzrə davam etdiriləcəyi gözlənilir. Layihə "İREX" təşkilatı tərəfindən dəstəklənib.
Aynur Vəliyeva
Azərbaycanda “Müəllimlər üçün sosial servislər və internet texnologiyaları” mövzusunda təlimlər keçirilib
"Multimedia" Mərkəzinin həyata keçirdiyi "Müəllimlər üçün sosial servislər və internet texnologiyaları" mövzusunda təlimlər keçirilib.Mərkəzin rəhbəri Osman Gündüzün "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, təlimlər mərkəz tərəfindən "Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək" layihəsi çərçivəsində keçirilib. Təlimlərdə 30 orta məktəb və liseylərdən 42 nəfərədək müxtəlif fənn müəllimləri iştirak edib. Bir həftə davam edən təlimlərdə müəllimlərə internet texnologiyalarından, xüsusilə Veb 2.0 texnologiyalarından və sosial servislərdən tədris prosesində effektiv istifadə üsullarını əhatə edən mövzular üzrə təlimlər keçirilib.
Təlimlərin yekununda müəllimlər sosial internetdən təhsil məqsədləri üçün səmərəli istifadə qaydaları, bloqların yaradılması və tədris imkanlarının üzə çıxarılması yolları, real vaxtda müxtəlif istifadəçilərin birlikdə fəaliyyətinə imkan verən sosial servislərdən istifadə qaydaları, təhsil məqsədləri üçün əhəmiyyət kəsb edən mobil texnologiyalar, uşaqların internetdə təhlükəsizliyi və s. mövzular üzrə bilik və bacarıqlar əldə ediblər. İştirakçılar təhsil yönümlü konkret audio və videoalətlər, təqdimat alətləri, kollektiv redaktə alətləri, mobil tətbiqlər üzrə praktiki tapşırıqlar yerinə yetiriblər. Təlimlərin yekununda müəllimlər konkret mövzular üzrə hazırladıqları resursları nümayiş etdiriblər.
Təlimlər təhsil və yeni media sahəsində ekspertlər Ramil Süleymanov, Aygün Əzizova, Rahilə Əliyarzadə, Almaz Həsrət, Rəşad Əliyev, Azər Nəzərov və Osman Gündüz tərəfindən aparılıb. Təlimləri uğurla başa vuran 39 nəfər müəllimə sertifikatlar təqdim edilib.
Gələcəkdə layihənin Bakı şəhəri və regionlar üzrə davam etdiriləcəyi gözlənilir. Layihə "İREX" təşkilatı tərəfindən dəstəklənib.
Aynur Vəliyeva
Baxış sayı: 762
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır