Tarix:07/05/13
BSP –dən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, səhifədə sənaye parkının məqsəd və vəzifələri, potensial sahibkarlar üçün investisiya güzəştləri və faydaları haqqında geniş və müfəssəl məlumatlar yerləşdirilib. Bundan əlavə, potensial rezidentlər BSP-da fəaliyyət göstərmək üçün Parkın rəsmi internet səhifəsində yerləşdirilmiş elektron qeydiyyat forması vasitəsilə müraciət edə bilərlər. Artıq bir sıra yerli və xarici şirkətlərlə əlaqələr qurulub.
Türkiyə, İsrail, Almaniya, Cənubi Koreya, Latviya, Portuqaliya, İtaliya kimi ölkələrin təkrar emal sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərlə danışıqlara başlanıb.
Şirkətlər Balaxanı Sənaye Parkının hədəf sənayeləri olan plastik, təkər, elektrik və elektron avadanlıqlar, akkumulyator, əlvan metal, kabel və digər tullantıların emalı sahələrinə maraq göstərirlər.
Xatırladaq ki, Balaxanı Sənaye Parkı "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında"Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli sərəncamına əsasən yaradılmışdır.
Parkın yaradılmasında əsas məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqla ölkədə yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesini inkişaf etdirməkdir.
SEYMUR
BSP-da fəaliyyət göstərmək üçün edilən müraciət forması elektronlaşdırılıb
Azərbaycanda tullantıların emalı sahəsində ilk sənaye parkı barədə ictimai məlumatlılığın artırılması və şəffaflığın təmin edilməsi məqsədilə Balaxanı Sənaye Parkının (BSP) rəsmi internet səhifəsi (www.bsp.az) Azərbaycan və ingilis dillərində istifadəyə verilib.BSP –dən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, səhifədə sənaye parkının məqsəd və vəzifələri, potensial sahibkarlar üçün investisiya güzəştləri və faydaları haqqında geniş və müfəssəl məlumatlar yerləşdirilib. Bundan əlavə, potensial rezidentlər BSP-da fəaliyyət göstərmək üçün Parkın rəsmi internet səhifəsində yerləşdirilmiş elektron qeydiyyat forması vasitəsilə müraciət edə bilərlər. Artıq bir sıra yerli və xarici şirkətlərlə əlaqələr qurulub.
Türkiyə, İsrail, Almaniya, Cənubi Koreya, Latviya, Portuqaliya, İtaliya kimi ölkələrin təkrar emal sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərlə danışıqlara başlanıb.
Şirkətlər Balaxanı Sənaye Parkının hədəf sənayeləri olan plastik, təkər, elektrik və elektron avadanlıqlar, akkumulyator, əlvan metal, kabel və digər tullantıların emalı sahələrinə maraq göstərirlər.
Xatırladaq ki, Balaxanı Sənaye Parkı "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında"Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli sərəncamına əsasən yaradılmışdır.
Parkın yaradılmasında əsas məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqla ölkədə yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesini inkişaf etdirməkdir.
SEYMUR
Baxış sayı: 744
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib