Tarix:07/05/13
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu qənaətə Avropa Komissiyası "Apple" şirkətinin "Motorola Mobility" dən şikayətindən sonra gəlib.
Avropa Komissiyası "Motorola Mobility" şirkətinə qarşı araşdırmaya 2012-ci ilin aprel ayında onun ümumsahəli patentlərdən sui-istifadə edib-etməməsini müəyyən etmək məqsədi ilə başlayıb və cəhd edib ki, Almaniyada "Apple" şirkətinin qurğularının satışını qadağa etsin.
Brüsselin bəyanatında bildirilir ki, "Motorola" öncə FRAND-lisenziyalaşma üzrə öhdəlik götürüb, lakin "Apple" şirkətini onun üçün səmərəli olmayan şərtlərlə lisenziyalı razılaşma bağlamağa məcbur edib.
Ən çox qarşıdurma "Motorola"nın GPRS texnologiyaları ilə bağlı patentləri ətrafında olub. "Motorola" şirkəti patent razılaşmasının bağlanmasını tələb ediblər, lakin "Apple" bildirib ki, FRAND-lisenziyalaşma şərtlərinə əsasən GPRS-royaltini müştəri qurğularının istehsalçıları yox, operator avadanlığının istehsalçıları ödəyirlər, bundan başqa "Motorola" ETSI (European Telecommunications Standardisation Institute) institutunda ümumsahəli lisenziyalaşma ilə bağlı da öhdəlik götürüb. Avropa Komissiyasının xülasəsində bildirilib ki, "Motorola"nın bu cür hərəkətləri Avropa bazarında rəqabətli bazarın inkişafına zərər vurur.
Qeyd edək ki, bu xülasə müvəqqəti xarakter daşıyır və araşdırmanın dayandırılması üçün səbəb deyil.
Aynur Vəliyeva
Avropa Komissiyası “Apple” şirkətini “Motorola Mobility” ilə mübarizədə dəstəkləyir
Mobil telefon istehsalçısı "Motorola Mobility" Avropa İttifaqı bazarında tutduğu hakim mövqeyindən sui-istifadə edərək "Apple" şirkətinə qarşı SEP-patentlərin (standard-essential patents) pozulması faktı ilə Almaniyada məhkəmə araşdırmasına başlanılmasına müvəffəq olub."ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu qənaətə Avropa Komissiyası "Apple" şirkətinin "Motorola Mobility" dən şikayətindən sonra gəlib.
Avropa Komissiyası "Motorola Mobility" şirkətinə qarşı araşdırmaya 2012-ci ilin aprel ayında onun ümumsahəli patentlərdən sui-istifadə edib-etməməsini müəyyən etmək məqsədi ilə başlayıb və cəhd edib ki, Almaniyada "Apple" şirkətinin qurğularının satışını qadağa etsin.
Brüsselin bəyanatında bildirilir ki, "Motorola" öncə FRAND-lisenziyalaşma üzrə öhdəlik götürüb, lakin "Apple" şirkətini onun üçün səmərəli olmayan şərtlərlə lisenziyalı razılaşma bağlamağa məcbur edib.
Ən çox qarşıdurma "Motorola"nın GPRS texnologiyaları ilə bağlı patentləri ətrafında olub. "Motorola" şirkəti patent razılaşmasının bağlanmasını tələb ediblər, lakin "Apple" bildirib ki, FRAND-lisenziyalaşma şərtlərinə əsasən GPRS-royaltini müştəri qurğularının istehsalçıları yox, operator avadanlığının istehsalçıları ödəyirlər, bundan başqa "Motorola" ETSI (European Telecommunications Standardisation Institute) institutunda ümumsahəli lisenziyalaşma ilə bağlı da öhdəlik götürüb. Avropa Komissiyasının xülasəsində bildirilib ki, "Motorola"nın bu cür hərəkətləri Avropa bazarında rəqabətli bazarın inkişafına zərər vurur.
Qeyd edək ki, bu xülasə müvəqqəti xarakter daşıyır və araşdırmanın dayandırılması üçün səbəb deyil.
Aynur Vəliyeva
Baxış sayı: 686
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır