Tarix:07/05/13
Bu barədə "ICTnews"-a məlumat verən BTRİB-in baş direktoru Beytulla Hüseynov bildirdi ki, hazırda yeni dəniz limanının tikintisi ilə əlaqədar əraziyə optik kabel çəkilib və xidmət göstərilir. Optik kabel Bakıdan başlayaraq Sahil, Ümid, Səngəçal (terminal), Səngəçal (qəsəbə), Qobustan-Ələt qəsəbələrini əhatə edən xəttə birləşdirilib. Baş direktor bildirdi ki, cənub istiqamətində çəkilən optik ən müasir tələblərə cavab verir və yeni dəniz limanının tikintisində və sonrakı mərhələdə bu xidmətdən yüksək keyfiyyətlə faydalana bilər.
Qeyd edək ki, əvvəllər planlaşdırıldığı kimi, Ələt qəsəbəsində yeni beynəlxalq limanın tikintisi üç mərhələdə həyata keçiriləcək və 2015-ci ilə qədər yekunlaşdırılmalıdır. İlk mərhələ konteynerlərin, "ro-ro" tipli gəmilərin və adi (universal) quru yükdaşıyanların qəbul edilməsi üçün iki bərə, üç yük körpüsünün tikintisini nəzərdə tutur.
Layihənin ikinci mərhələsi daha üç yük körpüsünün, üçüncü mərhələ isə iki əlavə yük körpüsünün tikintisini nəzərdə tutur. Liman 11,6 milyon tona qədər yük qəbul edə biləcək.
Xatırladaq ki, Ələtdəki liman multimodal olacaq, belə ki, maddi-texniki mərkəzlə yanaşı, gələcəkdə bu ərazidə azad iqtisadi zonanın yaradılması planlaşdırılır.
RƏVAN
Beynəlxalq dəniz limanında yüksək keyfiyyətli telekommunikasiya infrastrukturu yaradılır
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Ələt qəsəbəsində inşa olunan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yüksək keyfiyyətli telekommunikasiya infrastrukturu yaradır.Bu barədə "ICTnews"-a məlumat verən BTRİB-in baş direktoru Beytulla Hüseynov bildirdi ki, hazırda yeni dəniz limanının tikintisi ilə əlaqədar əraziyə optik kabel çəkilib və xidmət göstərilir. Optik kabel Bakıdan başlayaraq Sahil, Ümid, Səngəçal (terminal), Səngəçal (qəsəbə), Qobustan-Ələt qəsəbələrini əhatə edən xəttə birləşdirilib. Baş direktor bildirdi ki, cənub istiqamətində çəkilən optik ən müasir tələblərə cavab verir və yeni dəniz limanının tikintisində və sonrakı mərhələdə bu xidmətdən yüksək keyfiyyətlə faydalana bilər.
Qeyd edək ki, əvvəllər planlaşdırıldığı kimi, Ələt qəsəbəsində yeni beynəlxalq limanın tikintisi üç mərhələdə həyata keçiriləcək və 2015-ci ilə qədər yekunlaşdırılmalıdır. İlk mərhələ konteynerlərin, "ro-ro" tipli gəmilərin və adi (universal) quru yükdaşıyanların qəbul edilməsi üçün iki bərə, üç yük körpüsünün tikintisini nəzərdə tutur.
Layihənin ikinci mərhələsi daha üç yük körpüsünün, üçüncü mərhələ isə iki əlavə yük körpüsünün tikintisini nəzərdə tutur. Liman 11,6 milyon tona qədər yük qəbul edə biləcək.
Xatırladaq ki, Ələtdəki liman multimodal olacaq, belə ki, maddi-texniki mərkəzlə yanaşı, gələcəkdə bu ərazidə azad iqtisadi zonanın yaradılması planlaşdırılır.
RƏVAN
Baxış sayı: 1994
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır