12px13px15px17px
Tarix:07/05/13

Dövlət orqanlarında çalışanların elektron imza xidmətlərindən istifadəsi artıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən aparılan növbəti araşdırma dövlət orqanlarında çalışanların elektron imza xidmətlərindən istifadəsini əhatə edir.

MHM-in dövlət qurumları üçün elektron imza və autentifikasiya tranzaksiyalarının sayı üzrə hazırladığı qrafikdən də göründüyü kimi, say dinamik artan templə inkişafdadır. Qrafik təkcə aprel ayında 17-18 min ədəd tranzaksiyanın olduğunu göstərir. Bu, bir daha sübut edir ki, artıq istifadəçilər e-imzanın mahiyyəti, onun istifadə qaydaları, üstünlükləri ilə bağlı məlumatlıdırlar və elektron imzanın yaratdığı imkanlardan yararlanırlar.

Qeyd edək ki, elektron imza xidmətləri üçün tariflər ilk növbədə imzanın istifadə müddətindən asılıdır. Belə ki, 1 il müddətinə əhali üçün elektron imzanın qiyməti 14, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün 60 manatdır. İmzanın istifadə müddəti 2 il olarsa, bunun üçün əhali 22, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər 114 manat ödəməlidirlər. İmzanın istifadə müddəti 3 illik olduqda isə əhali üçün elektron imzanın qiyməti 30, eyni zamanda onlayn sifariş edən vətəndaşlar üçün e-imza kartının 3 illik xidmət haqqı 25, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün elektron imzanın qiyməti isə 168 manat təşkil edir.

İmzanın istifadə müddətindən asılı olmayaraq, dövlət strukturları üçün elektron imzanın qiyməti isə dəyişməzdir. Belə ki, dövlət qurumlarından elektron imza vəsiqələrinə artan tələbat nəzərə alınaraq, 3 illik elektron imza sertifikatlarının qiyməti 135 AZN-dən 80 AZN-ə salınıb.

Elektron imza xidmətləri üçün tariflərə ƏDV də daxildir. Elektron imza kartını Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında əldə etmək olar.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1064

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024